“Oskar” mükafatı nominantı  Benedikt Kamberbetç Uilyam Şekspirin ölməz faciəsində əsas rolu ifa edəcək.

Kral ailəsi hissələrə dağılır: kral öldürülüb, onun hiyləgər qardaşı taxta çıxır. Şahzadə Hamlet ruhdan düşərək atasının ölümünə görə qisas almaq məcburiyyətindədir və  sarayda olan vəziyyət nəinki ölkənin, hətta şahzadənin ağlının təhlükəsizliyini  təhlükə altına qoyur.  

TheatreHD layihəsi çərçivəsində Bakıda ilk tamaşa 8 dekabr tarixində anşlaqla müşayiət olunan Benedikt Kamberbeçin iştirakı ilə Uilyam Şekspirin Hamlet əsəri olmuşdur. Hamlet əsərinin üçüncü nümayişi 8 fevral tarixində saat 19.00-da Nizami kino mərkəzində (Bül-bül prospekti 20) baş tutacaq. Biletləri Nizami kino mərkəzinin kassalarından əldə edə bilərsiniz, biletlərin qiyməti 20 AZN-dir. Biletlərin sayı məhduddur.