Ölkə: Birləşmiş Krallıq

Buraxılış ili: 2012

Rejissor: Marianna Elliott

Aktyorlar: Lyuk Tredvavey, Niam Kyusak, Pol Ritter, Una Stabbs, Nikola Uoker

Janr: teatr tamaşası

Dil: İngilis dili

Tərcümə: rus dilində altyazılar

Davametmə müddəti: 2 saat 40 dəqiqə

Yaş həddi: 16+

15 yaşlı Kristofer Xanım Şirsin ölü itinin yanında dayanıb.  İt yaba ilə öldürülüb. Gecə yarısından yeddi dəqiqə keçib və Kristofer şübhə altındadır.  O, Vellinqtonun qətlinin sirrini açmaq üçün yazdığı kitabda bütün faktları qeyd edir. O, yüksək zəkaya, xüsusilə riyaziyyat üzrə dərin biliklərə sahib olsa da, gündəlik həyatı dərk etməkdə bir qədər çətinlik çəkir. O, heç vaxt seçdiyi yoldan kənara çıxıb təkbaşına risk etmir, insanlarla təmasa nifrət edir və yad insanlara etibar etmir. Atasının qadağalarına baxmayaraq davam etdirdiyi dedektivlik fəaliyyəti onu qorxulu səyahətə aparır və həyatının dönüş nöqtəsinə çevrilir.

MÜKAFATLAR VƏ FESTIVALLAR:

Lourens Olivye mükafatları – Ən yaxşı yeni tamaşa, Ən yaxşı rejissor, Ən yaxşı aktyor, Ən yaxşı ikinci dərəcəli aktrisa, Ən yaxşı səs dizaynı, Ən yaxşı işıq dizaynı, Ən yaxşı səhnə tərtibatı