İstehsalçı ölkə: Birləşmiş Krallıq

Buraxılış ili: 2018

Janr: teatr tamaşası

Dil: İngilis dili

Tərcümə: rus dilində altyazılar

Müddət: 2 saat 30 dəqiqə

Yaş həddi: 16+

"Classis Spring" teatr truppasının tamaşası

Pyesin müəllifi - Oskar Uayld

Rejissor - Keti Börk

Baş rolları ifa edir: Samanta Spiro, Kevin Bişop və Cennifer Sonders

Ledi Uindermir ad gününü qeyd edir, hər şey qaydasındadır. Lakin yaxın dostu Lord Darlinqton öz fərziyyəsi ilə Ledi Uindermirin qəlbinə şübhə toxumu səpir. Onun həyat yoldaşı kimləsə eşq macərası yaşayır? Həmin qadın ad günü şərəfinə verilən ziyafət mərasimində iştirak edəcəkmi?

"Siz bu gün mənə bu yelpiyi bağışladınız; bu, sizin mənə ad günü hədiyyəniz idi. Həmin qadın ayağını kandardan içəri qoyar-qoymaz üzünə yelpiklə vuracağam"

Mükafata layiq görülmüş rejissor Keti Börk ("The Quare Fellow" və "Once a Catholic") istedadlı komediya aktyorlarını bir araya toplayıb. İkiqat Olivye mükafatı laureatı olan Samanta Spiro tamaşada xanım Erlinn rolunu canlandırır. Bu yaxınlarda o, Çiçester Festival Teatrında "Onların böyüdüyü ev" (The House They Grew Up) tamaşasında, Simurq teatrında "Oğlanlar və kuklalar" (Guys and Dolls) tamaşasında rol alıb. Tamaşada Lord Darlinqton obrazını Kevin Bişop canlandırır. Bu yaxınlarda o, "Menier Chocolate Factory" teatrında "Tam sadiq" (Fully Committed) və "Young Vic" teatrında "Həyatda bir dəfə" (Once In A Lifetime) monotamaşasında rol alıb. Komediya aktrisası, ssenari müəllifi Cennifer Sonders tamaşada Bervik hersoginyası rolunu canlandıran ulduz qonaqdır. Bu obraz onun son iyirmi il ərzində ilk dəfə olaraq "West End" teatrının səhnəsinə qayıdışının nümunəsidir. Cennifer "Fransızlar və Sonders" sketç-şousunun, habelə, BBC telekanalında yayımlanan, BAFTA və Emmi mükafatlarına layiq görülmüş dünyaca məşhur "Absolutely Fabulous" komediya şousunun müəllifidir və bu şoularda rol alır.