Ölkə: Birləşmiş Krallıq

İl: 2018

Xronometraj, dəq.: 120

Yaş məhdudiyyəti: 16

Dil: ingilis dili

Janr: tamaşa

Tərcümə: rus dilində altyazılar

Uilyam Şekspirin pyesi

London şəhərində yerləşən "Bridge" teatrının tamaşasında Ben Uişou ("Ətriyyatçı: Bir qatilin hekayəsi", "Lobster", "Buludlu atlas", "007: Skayfoll koordinatları") Brut rolunda, Mişel Feyrli ("Taxtların oyunu", "Fortityud") Kassiy rolunda, Devid Kolder ("İtirilmiş şəhər Z", "Furqondakı ledi") Sezar rolunda və Devid Morrissi ("Boş tac" və "Gəzən ölülər" serialları, "Cəlladlar" tamaşası) Mark Antoni rolunda tamaşaçıların görüşünə gələcək.

Sezarın Romaya qələbə ilə qayıdışını qeyd etmək üçün xalq küçələrə axın edir. Hökmdarın şöhrəti Roma şəhərinin zadəganlarını narahat etməyə başlayır və ona qarşı sui-qəsd hazırlanır; Sezarın qətlindən sonra Romada vətəndaş müharibəsi alovlanır.

Nikolas Haytnerin rejissorluğu ilə səhnələşdirilmiş tamaşa Sezarın qayıdışı münasibəti ilə keçirilən xalq yürüşlərini, onun qətlə yetirildiyi Senatı, diktatorun dəfn mərasimini və dəfn mərasimi zamanı yaranan qarma-qarışıqlığı nümayiş etdirir.