Ölkə: Birləşmiş Krallıq

İl: 2017

Xronometraj, dəq.: 185

Yaş məhdudiyyəti: 18

Dil: ingilis dili

Janr: tamaşa

Tərcümə: rus dilində altyazılar

Tennessi Uilyamsın pyesi

Rejissor: Benedikt Endryus

Baş rolunu Cillian Andersonun ifa etdiyi "Arzular tramvayı" tamaşası ilə böyük uğur qazandıqdan sonra rejissor Benedikt Endryus Tennessi Uilyamsın digər şah əsərinə - "Qızmar damın üstündəki pişik" pyesinə müraciət etdi.

Missisipi ştatı, isti axşam çağı. Pollitt ailəsi patriarxın - Böyük Atanın yubileyini qeyd etmək üçün pambıq tarlasında bir araya gəlir. Dözülməz isti hava şəraitinin, yoxsa qohumların bir-birinə söylədiyi saysız-hesabsız yalanların bu ailəni məyus etdiyini demək çətindir.  Meqqi və Brikin nikahı pozulmaq üzrədir. Əlbəttə ki, bu, səbəbsiz deyil. Belə ki, sirlərin günbəgün artması gərginliyi yüksəldir. Ailənin gələcəyi təhlükə altında olarkən kimin irəli sürdüyü versiya həqiqətə daha yaxın olacaq və sonda qalib gələcək?