Ölkə: Birləşmiş Krallıq

Buraxılış ili: 2018

Janr: teatr tamaşası, müzikl

Dil: ingilis dili

Tərcümə: rus dilində altyazılar

Davametmə müddəti: 2 saat 30 dəqiqə

Yaş həddi: 16+

"Amerikalı Parisdə" tamaşasında Cerri Malliqan müharibədən sonra Parisdə yaşamağa, rəssam olmaq arzusunun dalınca getməyə qərar verən keçmiş Amerika əsgərini canlandırır.  Malliqanın Liz adlı gənc rəqqasə ilə təsadüfən rastlaşması səbəbindən Parisin küçələri müharibədən sonra incəsənətin, dostluğun və sevginin təsirli, müasir təzahürünə şahidlik edir.

Toni mükafatına layiq görülmüş Brodvey müzikli baş rollarını Cin Kelli və Lesli Karonun paylaşdığı Oskar mükafatına layiq görülmüş eyniadlı filmdən ilhamlanaraq hazırlanıb.