British Council böyük məmnuniyyətlə Şekspirin vəfatının 2016-cı ilə təsadüf edən 400 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr edilmiş  misli görünməmiş qlobal tədbirlər proqramı –"Shakespeare Lives" festivalının keçiriləcəyini elan edir. Şekspirin həyat və yaradıcılığının 2016-cı ildə Azərbaycanda təntənəli qeyd edilməsi üçün xüsusi tədbirlər seriyası hazırlanır.

"Shakespeare Lives" bütün dünyanı unikal onlayn layihədə iştirak etməyə və Şekspirin əsərləri ilə birbaşa səhnələrdə, filmlər və sərgilər vasitəsilə və məktəblərdə tanış olmaqla bayram tədbirlərinə qoşulmağa dəvət edir.

British Council əksər Britaniya teatrları, muzeyləri, təhsil ocaqları və rəssamları ilə birlikdə Böyük Britaniyada və bütün dünyada ingilis dilini öyrənən bütün yaş qrupları və məktəblər üçün Şekspirin pyeslərinin yenidən səhnələşdirilməsi, ekranlaşdırılması, kütləvi mütaliələrin təşkili və tədris vəsaitlərinin hazırlanması ilə məşğuldur. Proqramda dünyanın hər bir yerindən yarım milyarddan çox adamın iştirak edəcəyi gözlənilir. 2015-ci ilin payızında başlayan "Shakespeare Lives" bütün 2016-cı il boyu davam edəcək ,

Şekspir isə bütün dünyanın insanları və xalqları ilə indiyədək də ünsiyyət qura bilən ölməz bir yazıçı kimi öyrəniləcək. Planlar və tərəfdaşlar haqqında təfsilatlar il ərzində təqdim olunacaq. Daha ətraflı məlumat almaq üçün http://www.shakespearelives.org/ internet səhifəsinə nəzər salın, yaxud #ShakespeareLives heşteqindən istifadə edin. Vəfatının 400 illiyi qeyd edilən Şekspirin yaradıcılığına həsr edilmiş bayram tədbirlərində bizə qoşulun.

Əlaqəli linklar