Canlı musiqi sənayesi olmadan necə gəlir əldə etmək olar? 12-14 Fevral 2021-də ödənişsiz Selector PRO forumumuza qoşulun və cavabını öyrənin. Musiqi dünyasında biznesin idarə edilməsində insanlara yardımçı ' Complete Music Update' şirkətinin həmtəsisçisi, Kris Kuk rəhbərliyi altında keçiriləcək rəqəmsal satış təlimində 2020-ci il musiqi sənayesində baş tutmuş dəyişikliklərdən və pandemiya şəraitində musiqiçilər üçün gəlir axınından söhbət açacaq.

Canlı musiqi sənayesi 2020-ci ildə ciddi zərər gördü. Musiqi sənayesinin gələcəyi sözügedən dəyişikliklərdən necə təsirlənəcək? Canlı efirlərin arxasında duran uğur hekayələri hansılar idi? Bu və digər sualların dördüncü onlayn Selector PRO professional musiqi sənayesi forumunda cavabı araşdırılacaq. Biz Böyük Britaniya musiqi səhnəsinin aparıcı nümayəndələrini 15-dən çox ölkədən olan mütəxəssislərlə bir araya gətiririk. (Qərbi Balkanlar, Cənubi Qafqaz, Türkiyə, Ukrayna, Rusiya, İsrail və Orta Asiya). Onlayn tədbir ödənişsizdir və ortaq maraqlara sahib mütəxəssilərlə tanışmaq üçün hər kəsə açıqdır. 

12-14 Fevral tarixlərində keçiriləcək foruma qeydiyyatdan keçmək və ətraflı məlumat üçün linkə keçid edin.

2019-20-ci ildə Azərbaycanda həyata keçirilmiş Selector PRO təlimləri

20.02.2020 Ableton və Radio DJ-lər üçün təlimlər

2020-ci ildə Saffron Records'dan olan təlimçi Tuğkan Mutlunun iştirakı ilə iki günlük intensiv Selector PRO təlimi keçirildi.

Təlimlər Yarat! Müasir İncəsənət Mərkəzində 20-21 Fevral tarixində, saat 11.00-dan 17.00-dək baş tutdu. Bundan əlavə, Selector Live konsertinin ulduz aparıcısı Jamz Supernova (Selector Radio UK) 21 Fevral, 19.00-da, Pullman Baku otelində xüsusilə DJ’lərə özəl iki saatlıq Selector PRO təliminə rəhbərlik etdi.

2020-ci il Selector PRO musiqi proqramı British Council və iN tərəfindən təqdim olundu. İN Bakı elektronik musiqi səhnəsində Ten Walls, Sound Button, Boiler Room və başqaları kimi digər mühüm musiqiçilərlə əməkdaşlıq edən aparıcı qurumdur.  Proqram Yarat! və Selector Radio-nun rəsmi yayımcısı olan Asan Radio tərəfindən dəstəklənir.

29.01.2019 - Kris Kuk tərəfindən Lisenziyalaşdırma və Müəllif Hüquqları üzrə seminarı

Britaniyalı jurnalist və media sahəsində sahibkar Chris Cooke 29 yanvar 2019-cu il tarixində Britaniyada Lisenziyalaşdırma və Müəllif Hüquqları mövzusunda seminar təqdim etdi. Chris Cooke redaktor, jurnalist və media sahəsində sahibkardır. O, CMU şirkətinin həmtəsisçisi və İdarəedici Direktorudur. Bu şirkət insanları musiqi biznesi üzrə yönləndirir və bu sahəni anlamalarına yardım edir. Bu isə, CMU gündəlik bülleteni, podkastlar, CMU Trendlər kitabxanası, konsaltinq fəaliyyətləri, təlim kursları, konfranslar, araşdırma hesabatları, həmçinin karyeraya yeni başlayan musiqiçilərə və istedadlı şəxslərə yardım edən CMU:DIY təhsil proqramı vasitəsilə həyata keçirilir.

15.02.2019 - Goldierocks tərəfindən DJ-lər və Musiqiçiləri üçün seminarı

Tanınmış Britaniyalı DJ Goldierocks (Samantha Louise Hall) 15 fevral saat 12.00-da, YARAT-da Azərbaycanın aparıcı DJ-ləri və musiqiçiləri üçün intensiv Selector PRO təlimini təqdim etdi. Selector PRO təlimi British Council, ASAN Radio və YARAT Müasir İncəsənət Məkanının əməkdaşlığı ilə həyata keçirilib. Daha sonra Pasifico restoranında DJ Murad H və DJ Bazaurun təqdimatında, Goldierocks-un iştirakı ilə Selector LIVE əyləncə gecəsi keçirildi.

04.03.2019 Boiler Room tərəfindən Onlayn Rəqəmsal Musiqinin Hazırlanması, Yayınlanması və Tanıtımı mövzusunda seminar

Boiler Room qlobal musiqi layihəsi 4 mart saat 11.00-də, YARAT-da Onlayn Rəqəmsal Musiqinin Hazırlanması, Yayınlanması və Tanıtımı mövzusunda Selector PRO təlimini keçirib. Selector PRO təlimi British Council, iN CLUB və YARAT Müasir İncəsənət Məkanının əməkdaşlığı ilə həyata keçirilib. Boiler Room bazarda 3-cü platformanın cəlb edilməsi hesabına özauditoriyasının genişlənilməsinə dair təcrübəsini bölüşüb. Seminarın iştirakçıları yerli problemlər haqqındakı məlumatları müzakirə edib.

See also