Biz BBC Dünya Xidməti ilə birlikdə Beynəlxalq Radio Dramaturgiya Yarışına ev sahibliyi edirik. Bu yarış dramaturqlara radio-tamaşalarını BBC Dünya Xidmətinin dünyanın müxtəlif yerlərində olan milyonlarla dinləyicisinə çatdırmaq kimi unikal imkan verir.

Yarışda tanınmış, ya da fəaliyyətə təzəlikcə başlamış yazıçı olmağından asılı olmayaraq, Birləşmiş Krallıqdan kənarda yaşayan hər kəsin ssenariləri qəbul edilir. Radio-pyeslər 53 dəqiqə uzunluğunda olmalıdır və istənilən mövzuda ola bilər.

Bu il birinci yer üçün mükafatlar "İngilis dili birinci dil kimi" və ya "İngilis dili ikinci dil kimi" kateqoriyalarında təqdim edilir. Hər iki qalib 2500 funt-sterlinq məbləğində nağd pul mükafatı, mükafatlandırma mərasimində iştirak etmək və pyesinin BBC Dünya Xidmətində yayımlanmazdan əvvəl yazılmasını görmək üçün Londona səyahət bileti qazanacaq.

Ssenarinizi 31 yanvar 2020-ci il tarixinədək təqdim etməlisiniz. Yarışın qaydalarını və müraciət prosesi haqqında təlimatları Teatr və rəqs saytımızda tapa bilərsiniz.

Əlaqəli linklar