#FiveFilms4Freedom 2017

Dünyanın ilk qlobal rəqəmsal LGBT film festivalı qayıdır!

16-26 mart 2017-ci il tarixləri arasında Londonda tamaşaçılar lezbiyan, gey, biseksual və transgender film festivalı olan "BFI Flare"-i izləyəcəklər. Eyni vaxtda siz və dünyanın hər tərəfindən insanlar festivalın beş filmini ödənişsiz onlayn izləyə biləcəklər.  

Sevginin insan hüququ olduğunu nümayiş etdirin.

Çərşəmbə axşamı, martın 21-də biz bir daha bütün dünyanı birlikdə film izləməyə çağırırıq. Bir gün boyunca dünyanın hər yerindən filmi izləyən insanlara qoşularaq sevginin insan hüququ olduğunu nümayiş etdirə bilərsiniz.

Dəstək olmaq istəyirsinizsə matın 21-də bütün sosial şəbəkələrdə #FiveFilms4Freedom həştəqi ilə paylaşmalar edə bilərsiniz.

Beş filmi ödənişsiz və onlayn izləyin

Hal-hazırda, martın 16-dan 26-dək filmləri onlayn izləyə bilərsiniz. Ümid edirik zövq alacaqsınız.

Subtitrlər: filmləri ingilis, ərəb, çin, rus, ispan dillərində izləyə bilərsiniz. “Parametrlər” düyməsinə basaraq “Subtitrlər/CC” bölməsinə daxil olun və dil seçiminizi edin. “CC” düyməsinə basaraq bütün subtitrləri bağlaya bilərsiniz.