Kinoteatr Ekranında Film Sərgisi

British Council və CoolConnections şirkəti Park Cinema ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda "Kinoteatr Ekranında Film Sərgisi" layihəsini – dünyanın müxtəlif yerlərindən olan rəssamlar və sərgilər haqqında yeni HD seriyanı təqdim edir. Britaniyalı rejissor Fil Qrabski bəzi ən görkəmli sənət sərgilərinin səhnə arxasına nəzər salan bir proqramın əsasını qoyub. Tamaşaçılar böyük uğur qazanmış şouların hazırlanması zamanı nələrin lazım olduğunu kurator və tənqidçilərin izahatı ilə öyrənmək imkanı qazanacaq. Muzey bələdçiləri bizi dünyanın bəzi ən vacib muzey və qalereyalarında səyahətə aparacaq və kolleksiyalarının sirlərini açacaq.

Nümayişlər ingilis dilində, rus dilində alt yazılarla olacaq.

Bu bölmədə