"Envision Sound 2019" film və hərəkət edən təsvirlər üzərində işləmək bacarıqlarını artırmaq istəyən, Ukraynadan, Şərqi Avropa və Mərkəzi Asiyanın digər ölkələrindən gəlmiş bəstəkarlar üçün nəzərdə tutulan məşhur maarifləndirici proqramımızın ikinci hissəsidir.  Film və musiqi sahələrinin mütəxəssisləri üçün praktik bacarıqların inkişaf etdirilməsini, mentorluq və şəbəkələşmə fəaliyyətini nəzərdə tutan bu unikal proqram Britaniya Şurası və Ukraynanın "Oleksandr Dovzhenko" Milli Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

Britaniya Şurası və "Dovzhenko" Mərkəzi proqram çərçivəsində start verilən və mentorlar tərəfindən seçiləcək olan layihələrin sonrakı  inkişafını dəstəkləmək üçün əlavə qrantlar təqdim edəcək.

Tarix və yer: Kiyev, 18-23 fevral 2019-cu il.

Son müraciət tarixi: 28 oktyabr 2018-ci il

Proqram təqdimatlar və praktik seminarlar, peşəkar bəstəkarların apardığı tematik araşdırmalar, müzakirələr, axşam saatlarında nümayişlər, çıxışlar və şəbəkələşmə tədbirləri üçün əlverişli mühit yaradır. İştirakçılar mentorlarla birlikdə hərəkət edən təsvir üçün musiqi bəstələmək imkanlarını və bu sahədə mövcud olan çətinlikləri araşdırmaq üzərində çalışacaq.

Britaniya filmlərinin bəstəkarları Naynita Desai və Deniel Patrik Koen 2019-cu ildə həyata keçiriləcək proqramın mentorları qismində çıxış edəcək.

Seminarlar gün ərzində yekunlaşdırıldıqdan sonra  "Envision Sound" geniş ictimaiyyət üçün açıq olan axşam proqramı təklif edir.  Birləşmiş Krallığın məşhur bəstəkarı  Nil Brend qonaq məruzəçi qismində çıxış edəcək. Daha sonra Alfred Hiçkokun "Şantaj" (Blackmail - 1929) filminin Nil Brendin bəstələdiyi musiqi ilə təqdim edilən yenilənmiş versiyası nümayiş etdiriləcək. Bundan əlavə, o, film və musiqi sahələrinin mütəxəssisləri üçün açıq nitq söyləyəcək və rejissorların bəstəkarda axtardığı keyfiyyətlərdən, bu iki peşənin əl-ələ verməsindən bəhs edəcək.  

Keçən il həyata keçirilmiş "Envision Sound" proqramında baş verənləri öyrənmək üçün buraya klikləyin!

İştirakçılar

Proqramda altısı Ukraynadan olan namizədlər, altısı isə digər Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan namizədlər üçün nəzərdə tutulmuş 12 yer ayrılmışdır. 

İştirakçılara qoyulan tələblər

  • Hər hansı bir filmdə və ya televiziya proqramı janrında ən az iki musiqi əsərinin müəllifi olan, karyerasının əvvəlində və ya ortasında olan bəstəkar kimi fəaliyyət göstərmək
  • Ən az B2 səviyyəsində ingilis dili biliklərinə sahib olmaq
  • Müvafiq ölkələrdən birinin vətəndaşı olmaq
  • 2019-cu ilin 18-23 fevral tarixlərində Kiyevdə keçiriləcək bütün seminarlarda və əlaqədar tədbirlərdə iştirak etmək imkanına sahib olmaq
  • Biz musiqi üslubları və ya film janrları baxımından geniş təcrübəyə malik olan iştirakçıları qəbul edirik. Başlıca tələb film və televiziya üçün musiqi bəstələmək arzusunun olmasıdır.

Xərclər

"Envision Sound" proqramında iştirak pulsuzdur. 

Britaniya Şurası digər ölkələrdən və Kiyevin hüdudları xaricindən gəlmiş iştirakçılara səyahət etmək və mehmanxanada gecələmək imkanı verəcək.

Müraciət qaydası

Son iki və ya üç musiqi kompozisiyalarınıza keçid linklərinin də yer aldığı, ingilis dilində doldurulmuş ərizə formasını təqdim edin. Təqdim etdiyiniz əsərlərdən ən az biri kinematoqrafiya sahəsi ilə əlaqədar olmalıdır. Təqdim olunan hər bir musiqi əsərinin maksimal müddəti 15 dəqiqə olmalıdır. Ərizə forması ilə tanış olmaq üçün buraya klikləyin.

Əsas tarixlər

Son müraciət tarixi: 28 oktyabr 2018-ci il

Seçim mərhələsindən uğurla keçən namizədlər bu barədə məlumatlandırılır və onların adları elan edilir: 2018-ci ilin 23 noyabr tarixinədək

İştirakçılara seminar başlamazdan əvvəl yerinə yetirilməli olan tapşırıq verilir: 30 noyabr 2018-ci il (dəqiqləşdirilməlidir)

"Envision Sound" proqramı: 17-24 fevral 2019-cu il (proqramdan əvvəl və sonra səyahət üçün bir gün daxil olmaqla)

Seçilmiş layihələr üzrə həvəsləndirici qrantların verilməsi: Fevral, 2019-cu il

Mentorlar

Naynita Desai 

Naynita Desai 2016-2017-ci illərdə "BAFTA BREAKTHROUGH BRIT" mükafatına layiq görülmüşdür. O, Birləşmiş Krallığın aparıcı bəstəkarlarından biri hesab olunur və BBC, HBO, ITV, C4 kimi bütün əsas televiziya kanallarından televiziya serialları və filmlər üçün saysız-hesabsız film musiqiləri bəstələmişdir. Bu yaxınlarda o, "Ən yaxşı bədii film musiqisi" nominasiyasında "Music+Sound Award" mükafatına layiq görülmüş, 2016-cı ildə "Women in Sync Awards" mükafatına, 2014-cü ildə isə "Ən yaxşı orijinal musiqi" nominasiyasında "RTS Craft Award" mükafatına, eyni zamanda, həmin ildə  "RTS Scotland Awards" mükafatına nominant göstərilmişdir.

Naynitanın sonuncu layihələrinə aşağıdakılar daxildir: Emmi mükafatının qalibi Ed Uottsun "5 Years in Love And War" (Sevgi və müharibə şəraitində 5 il) (C4) filmi, "Untamed Romania" (Vəhşi Rumıniya), "The Life After" (İtkidən sonrakı həyat) (BBC/İrlandiya Kinematoqrafiya Şurası) filmləri, "Anemone" (Anemon) (BBC Film | Film London), "Exit Eve" (Çıxış ərəfəsi) dramları,  bir neçə dəfə Bafta mükafatı qazanmış Sem Barlounun "Telling Lies" (Yalan söyləmək) interaktiv film/video oyunu.

Naynitanın musiqi bazasının əsasını sənədli filmlər təşkil edir. O, OSCAR, BAFTA, EMMY mükafatlarına layiq görülmüş çoxsaylı layihələr üzrə aparıcı kinematoqraflar ilə əməkdaşlıq etmiş və qibtə hissi doğuran nüfuz qazanmışdır.

Səs rejissoru olaraq, Naynitanın karyerası Bertoluççinin (Kiçik Budda (Little Buddha)) və Verner Hersoqun (Qaranlığın dərsləri (Lessons of Darkness)) bədii filmləri ilə başlamışdır.

http://nainitadesai.com/

Deniel Patrik Koen

Deniel Patrik Koen Rumıniyada fəaliyyət göstərən, film musiqisi, hip-hop və elektron musiqi də daxil olmaqla, bir sıra musiqi maraqları olan britaniyalı bəstəkardır. 

Deniel beynəlxalq ictimaiyyətin diqqətini ilk dəfə Britaniya Film İnstitutunun "Rescue the Hitchcock 9" layihəsi çərçivəsində Alfred Hiçkokun səssiz filmlərinə musiqi bəstələmək üçün dəvət olunmuş azsaylı britaniyalı bəstəkarın sırasında yer alaraq cəlb etmişdi. Hiçkokun ilk filmi "The Pleasure Garden" üçün bəstələdiyi 90 dəqiqəlik musiqi əsəri dünyanın müxtəlif yerlərində, o cümlədən, Kopakabana çimərliyində xüsusi çıxışlarda və Transilvaniya Beynəlxalq Film Festivalında ifa edilmişdir. 

2015-ci ilin əvvəlində Mikelancelo Antonioninin eyniadlı filmindən sonra o, "Passenger" (Sərnişin) adlı konseptual albomunu buraxmışdır. Rejissor Devid Linçin sitatı albom üçün ilham mənbəyi olmuşdur: Barri Adamsonun "Oedipus Schmoedipus" adlı musiqi albomunu ilk dəfə eşidərkən Linç bunun "Hiç[kok]un filmlərini beynində eşitməyə bənzədiyini" söyləmişdi. Bacısı Yuliananın sifarişi ilə kanadalı şairə Darya Farhanın altı şeirinə bəstələnmiş musiqilərin "Reciprocity" adlı toplusu Denielin müasir musiqi yaradıcılığının bariz nümunəsidir.

Pleasure Garden layihəsi üçün lazımi irsi təmin etməyə çalışan Deniel bu yaxınlarda işıq üzü görəcək 3 film üçün musiqi bəstələmişdir. Bundan əlavə, o, ikinci albom üzərində işləyir və Stenli Kubrikin filmlərindən daha çox albom buraxmaq niyyətindədir.

www.danielpatrickcohenmusic.co.uk

Nil Brend

Nil Brend 30 ildən çoxdur ki, səssiz film akkompaniatoru kimi fəaliyyət göstərir. O, müntəzəm olaraq, London şəhərində Barbican və BFI kinoteatrlarında, bütün Birləşmiş Krallıq ərazisində, dünyanın müxtəlif yerlərində, o cümlədən, Avstraliya, Yeni Zelandiya (üç dəfə), Amerika, İsrail, İsveç, Danimarka, Fransa, Almaniya, İrlandiya və Lüksemburqda keçirilən film festivallarında və xüsusi tədbirlərdə və İtaliyada Bolonya, Aosta, Bergamo və Pordenon festivallarında çıxış etmişdir. O, gənc pianoçulara səssiz film müşayiətini öyrətmək üçün "Musiqi və Təsvir Məktəbi"nin (School of Music and Image) əsasını qoymuşdur. 

Aktyorluq təhsili almasına baxmayaraq, o, "South" (Cənub) (Şekltonun Cənub qütbünə səyahəti), Alfred Hiçkokun "The Ring" (Üzük), "Piccadilly" (Pikkadilli) (premyerası Linkoln Mərkəzində keçirilmişdir), videoyazısı itirilmiş möhtəşəm "The Life and Times of David Lloyd George" (Devid Lloyd Corcun həyatı və yaşadığı dövr) filminin və "Early Cinema" (Erkən kinematoqrafiya) filminin BFI video-relizləri üçün musiqi yazaraq özünü yazıçı/ifaçı/bəstəkar kimi tanıtmağa müvəffəq olmuşdur. O, ən son "Sherlock Holmes" (Gilette film), "Ozu Classics for Criterion", "Cinematheque Francais", "Maison du Mystere", "Le Brasier Ardent", "Les Adventures de Robert Macaire" və "Mauprat" filmləri üçün musiqi bəstələmişdir.

https://www.neilbrand.com