Nəzərinizə çatdırmaq istərdik ki, təlimə qoşulmaq üçün müraciət başa çatmışdır. Daha çox xəbərlər və məlumat üçün bizi sosial şəbəkə ünvanlarımızdan izləyin və bütün yeniliklərdən agah olun!
Yaradıcı və müstəqil təfəkkür və eksperimental yanaşma sənətkar-tələbələr və peşəkarlar üçün çox vacibdir. Bu minvalla sizinlə olduqca maraqlı və maarifləndirici təşəbbüs ilə əlaqədar xəbər bölüşmək istərdik. Tərəfdaşlarımız Asmart Creative Hub, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Plimut İncəsənət Kolleci ilə birlikdə, Crafting Futures layihəsinin bir hissəsi kimi, 2021-ci il Fevral-Mart aylarında baş tutacaq yeni Yaradıcı Təlim modulunu təqdim edirik. Azərbaycan üçün nəzərdə tutulmuş yeni Yaradıcı Təlim modulunun hazırlanmasında tərəfdaşlarımız Plimut İncəsənət Kolleci və Asmart Creative Hub birlikdə fəaliyyət göstərirlər.
Biz Yaradıcı Təlim pilot modulunun fəaliyyətə başlaması üçün sənətkarlıq sahəsində həvəsli və gələcək-yönümlü düşünən müəllim və tələbələr axtarışındayıq.
Qeyd etmək istərdik ki, təlim, incəsənət üzrə ixtisaslaşmış kollec və ya peşə təhsili üzrə müəssisələrindən olan müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur. Pilot layihədə, oxuduqları kollec və ya peşə təhsili üzrə müəssisənin 3-cü və ya son kursunda olan tələbələr iştirak edə bilərlər. Müəllimlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdnində fəaliyyət göstərən incəsənət kolleci, Peşə Təhsili üzrə Dövlət Agentliyi nəzarətində olan peşə təhsili müəssisələrinin və ya Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təmsilçiləri olmalıdırlar. Azərbaycanın bütün regionlarından müraciət ərizələri qəbul edilir. Pilot layihə, təxminən, 1 həftəlik onlayn intensiv təlimi əhatə edir. Təlimlər Azərbaycan dilində aparılacaq. 08.02.2021 müraciət üçün son tarixdir. Seçilmiş namizədlər 15 Fevral 2021-ci il tarixinədək təlimlərə dəvət olunacaqlar. Seçim mərhələsi Crafting Futures layihəsi üzrə tərəfdaşlarımız tərəfindən həyata keçirilir.