Crafting Futures Image

CRAFTİNG FUTURES PROQRAMI HAQQINDA

Crafting Futures proqramı bütün dünyada sənətkarlığın və tətbiqi sənətin növlərinin inkişafını dəstəkləyir. British Council-in bu proqramı iqtisadi, sosial və mədəni inkişaf məqsədilə bilik mübadiləsinin aparılmasını və resurslara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Crafting Futures proqramı çərçivəsində layihələr bütün dünyada tədqiqatların aparılması, əməkdaşlığın genişləndirilməsi və maarifləndirmə tədbirlərinin təşkili yolu ilə ustaların təcrübə mübadiləsinə və peşəkarlıq səviyyəsinin artırılmasına yönəldilib.

Beynəlxalq əməkdaşlığa mühüm önəm verən Crafting Futures proqramı Birləşmiş Krallıq ilə digər ölkələr arasında təcrübə mübadiləsi üçün yeni tərəfdaşlıq əlaqələri və imkanlar yaradır. Proqram tətbiqi sənətin və sənətkarlığın dəstəklənməsinə və inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini dəstəkləyir. Crafting Futures müsbət təcrübələri əxz etməkdə dizaynerlərə və ustalara kömək edir və onlar üçün yeni bazarlara və yeni auditoriyaya yol açır, habelə sənətkarlığın və tətbiqi incəsənətin əhəmiyyətini artırır və bu sektorda bilik mübadiləsini dəstəkləyir.

Layihənin məqsədi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Hədəfləri ilə uyğun gəlir:

  • DİN4: Bacarıqların, sahibkarlığın inkişafı və yaradıcılıq prosesinin və məmulatların keyfiyyətin artırılması üçün təhsil və təlim. Biliklərin və təcrübənin beynəlxalq miqyasda yayılması üçün tədqiqatlar və alətlər dəsti; 
  • DİN5: Qadın-sənətkarlar və qadın cəmiyyətləri üçün iqtisadi imkanların tanınması və yaradılması; 
  • DİN8: Yaradıcılıq potensialının və innovasiyaların inklüziv inkişafı və hamı üçün layiqli əmək şəraitinin yaradılması məqsədilə gənclərin cəlb etməsi; 
  • DİN10: Yeni ilə köhnə, kustarla texnoloji, kəndlə şəhər, mədəni ilə iqtisadi istehsalın birləşdiriləsi yolu ilə bərabərsizliyin ixtisarı hamı üçün bərabərliyin təmin olunması deməkdir; 
  • DİN12: Məsuliyyətli istehlak və istehsal: ekoloji dayanıqlılığı və məhsulların çoxdövrəli istifadəsini təmin etmək məqsədilə sabit və etik istehsal və istehlakın inkişafı;
  • DİN17: Bütün layihələrin beynəlxalq əməkdaşlıq və bilik və təcrübə mübadiləsi əsasında həyata keçirilməsi. 

CRAFTİNG FUTURES ÇƏRÇİVƏSİNDƏ TƏRƏFDAŞLIQ 

Tərəfdaşlıq – Crafting Futures proqramı və onun nəticələrinin əsasıdır. Sənətkarlar arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində məqsəd tətbiqi incəsənətin gələcəyini təmin etməkdən və sektorun problemlərinin qlobal səviyyədə həllində kömək etməkdən ibarətdir. Böyük Britaniyada biz ayrı-ayrı təşkilatların tərəfdaşlıq şəbəkəsi ilə işləyir və birgə layihələrin reallaşdırılması üçün xarici tərəfdaşlar tapmaqda onlara kömək edirik. 

2019-cu ildən British Council Mərkəzi Asiyada və Cənubi Qafqazda proqramın tətbiqinə başlayıb. Biz proqramın regionda inkişafına maraq göstərəcək potensial tərəfdaşlar axtarırıq. Proqram müxtəlif iştirak variantlarını nəzərdə tutur:

  • strateji tərəfdaşlıq (məsələn, konsultasiyalar və ya qarşılıqlı təşviqetmə) 
  • layihələrin reallaşdırılmasında tərəfdaşlıq 
  • birgə tədqiqatların keçirilməsi 
  • konfranslarda, forumlarda, dəyirmi masalarda, diskussiyalarda və s. iştirak
  • KİV və müxtəlif məzmun yaradıcıları ilə əməkdaşlıq. 

Crafting Futures layihələrinin yerli icmanın maraq və ehtiyacları nəzərə alınaraq işlənib hazırlanması vacibdir. Biz həm də bütün potensial tərəfdaşlar üçün proqramda iştirak şərtlərinin şəffaflığını təmin edirik. 

PROQRAMDA KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

İlkin ərizələrin toplanması prosesində biz hazırda Mərkəzi Asiyada və Cənubi Qafqazda fəaliyyət göstərən, proqramın məqsədlərini bölüşən və proqramı daha da inkişaf etdirməkdə maraqlı olan təşkilatlar haqqında məlumatlar almağa ümid edirik. Ərizələrin toplanması başa çatdıqdan sonra biz proqrama marağını ifadə etmiş hər kəslə əlaqə quracaq və gələcək əməkdaşlığı müzakirə edəcəyik. 

Biz beynəlxalq səviyyədə təcrübə mübadiləsi və əməkdaşlığın inkişafında maraqlı olan tərəfdaşlar axtarırıq: 

  • assosiasiyalar, kooperativlər və sənətkarlar ittifaqları
  • sənətkarlıq sektorunu təmsil edən milli təşkilatlar (məsələn, sənətkarlar şuraları və dövlət orqanları) 
  • dizaynerlər və ustalarla işləyən təşkilatlar, o cümlədən QHT
  • tətbiqi incəsənət və dizayn sahəsində ixtisaslar verən ali və texniki peşə təsili müəssisələri
  • sənətkarlığı və tətbiqi incəsənəti təmsil edən muzeylər və digər mədəniyyət obyektləri
  • kustar sənətkarlıq və dizayn məsələlərini işıqlandıran KİV, media-platformalar 
  • kustar sənətkarlıq sahəsində ixtisaslaşmamış, ancaq qonşu sahələrdə çalışıb sənətkarlıq və tətbiqi incəsənət sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyən platformalar (moda həftələri, dizayner tədbirləri, gənclər və qadın təşkilatları, mədəniyyət və incəsənət festivalları, mədəni irs üzrə təşkilatlar və s.).

Xahiş edirik nəzərə alasınız ki, bu dəfə biz tərəfdaşları hüquqi şəxslər arasında axtarırıq (fiziki şəxslər arasında yox).  

Biz kommersiya hüquqi şəxslərindən də müraciətlər qəbul edəcəyik, ancaq nəzərə alın ki, proqram ticarətin inkişafı məsələləri ilə məşğul olmur.

ƏRİZƏNİ NECƏ GÖNDƏRMƏLİ

Xahiş edirik ilkin iştirak ərizəsini ingilis və ya azerbaycan dilində 10 may 2019-cu il tarixinədək aşağıdakı məlumatları göstərməklə təqdim edəsiniz: 

  • təşkilat, iş təcrübəsi və tətbiqi incəsənət sahəsində ixtisaslaşma haqqında qısa məlumat;
  • Crafting Futures proqramının sizi nəyə görə maraqlandırdığı və onun məqsədlərinin sizin təşkilatın məqsədləri ilə nə əlaqəsi olduğu barədə qısa məlumat; 
  • proqramdakı iştirakınızı necə görürsünüz
  • zəruri saydığınız istənilən digər məlumat. 

Ərizələri məktubun mövzu yerində Crafting Futures yazaraq, İncəsənət üzrə menecerimizə, Dilarə Ibrahimovaya, dilara.ibrahimova@britishcouncil.az elektron ünvanına 10 may 2019-cu il tarixinədək göndərmək lazımdır. Məktubun mövzu sətrində Crafting Futures qeydinin yazılması daxil olan ərizələrin monitorinqini asanlaşdırır. Əlavə edilən sənədlərin ümumi həcmi 5 meqabaytdan çox olmamalıdır.