MİSTER HOLMS (MR HOLMES)

Böyük Britaniya, ABŞ 2015
Müddəti: 104 dəqiqə
Rejissor: Bill Kondon
Rollarda: İen MakKellen, Lora Linni, Hetti Morahen, Rocer Allam, Con Seşns, Fil Deyvis
Jasnr: dram, detektiv

93 yaşında xərifləməyə başlamış Şerlok Holms və həll edilməmiş köhnə məsələ haqqında fantaziya.

Benedikt Kamberbetç və Conni Li Millerin oynadıqları yaraşıqlı Holmslar dövründə  əldən düşmüş qocanın eyni adla ekranlara çıxması apokrifik sərsəmlik təəssüratı bağışlaya bilər. Hadisələrin başlanğıcı isə lap təəccüblüdür: filmdə göstərilən hadisələr ərəfəsində yaşa dolmuş xəfiyyə  guya ki, yaddaşı möhkəmləndirən yapon istiotu almaq üçün bir müddət əvvəl atom bombardmanı faciəsi yaşamış Hirosima şəhərinə gedir. Holmsun təsərrüfat işlərinə baxan missis ... yox, Hadson yox! –  missis Monronun oğlunun  təkidli sualları təqaüdə çıxmış xəfiyyəni keçmişdə qalmış məsələnin təfsilatlarını zəifləyən yaddaşında canlandırmağa və yenidən təhqiqata başlamağa vadar edir.

MakKellenə qədər kinomatoqrafiyanın ən yaşlı Holmsu bu il vəfat etmiş və "London iti" (The Hound of London, 1993) televiziya filmində Holms rolunu 71 yaşında ikən oynamış Patrik Makni idi (Maknidən bir neçə gün əvvəl vəfat etmiş və onunla həmyaşıd olan ser Kristofer Linin Holms rolunu üçüncü dəfə oynayanda 69 yaşı var idi). Qeyri-adi sujetə malik təhkiyə üslublu kino ustadı Bill Kondonun ("Kinsi" (Kinsey, 2004), "Beşinci hakimiyyət" (The Fifth Estate, 2013)) filmi ser İenin onda çəkilməsindən çox şey qazanıb. Doğrudan da, dövrümüzün ən görkəmli ingilis aktyorunun ən məşhur ingilis xəfiyyəsi rolunu oynamasına baxmaqdan kim imtina edər?! Üstəlik, MakKellen ilk "Oskar" nominasiyasına məhz Kondonun "Tanrılar və Bədheybətlər" (Gods and Monsters,1998) filmində oynadığı rola görə layiq görülüb.

Klassiklə birlikdə oynayan aktyor heyətinin içində ilk öncə "əkiz" aktyorlar cütlüyü - Rocer Allam və Con Seşnsi (həmyaşıd aktyorlar, doğrudan da, bir-birinə bir almanın yarısı kimi oxşayırlar), eləcə də Mayk Linin filmlərinin veteranı Fil Deyvisi qeyd etmək lazımdır. Bundan başqa, Kondon MakKellenin qəhrəmanının özü haqqında çəkilmiş filmə baxdığı səhnədə Barri Levinsonun əfsanəvi "Gənc Şerlok Holms"  (Young Sherlock Holmes, 1985) filmində gənc xəfiyyə rolunu oynamış qocalmış Nikolas Rounu ekranda göstərərək diqqətli kinomanlara möhtəşəm bir hədiyyə edir.

Mükafatlar və festivallar:

  • Sietl Beynəlxalq Kinofestivalı - ən yaxşı kişi rolu (ikinci yer)
  • Sidney Beynəlxalq Kinofestivalı - proqramın iştirakçısı