British Council Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nərimanfilm" kino şirkəti ilə birgə 24-28 aprel tarixlərində "Nizami" Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edəcək. Layihənin məqsədi britaniyalı mütəxəssis, “Yetkinlik Həyatının Bacarıqları” filminin ssenari müəllifi Pol Freyzerin apardığı təlim proqramı vasitəsilə azərbaycanlı ssenaristlərin peşəkar səriştə və bacarıqlarının gücləndirilməsidir. 20-dən çox yerli ssenarist bu seminarda bilik və təcrübələrini paylaşmaq, onlar üçün yeni olan iş üsullarını müzakirə etmək, Birləşmiş Krallığın innovasiya perspektivləri baxımından yeni əməkdaşlıq modellərini araşdırmaq imkanı əldə edəcək.