English centre info

British Council Bakının iki seçilmiş məktəbində - Fizika, Riyaziyyat və İnformatika liseyi, 23 saylı məktəb – və Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunda İngilis dili Mərkəzləri təsis etmiş və Mərkəzlər 25 oktyabrdan etibarən fəaliyyətə başlamışdır. 

İngilis dili Mərkəzləri Təhsil Nazirliyinin və British Council-ın birgə təşəbbüsüdür. Layihənin məqsədi Azərbaycanda İngilis dilini öyrənənlərə bu dilin zəngin resurslarına açılış imkanları yaratmaqla onların ünsiyyət qabiliyyətlərini inkişaf etdirməkdir. 

İngilis dili Mərkəzləri bu dilin öyrənilməsi üçün lazım olan əlavə materiallarla, kompüterlərə/planşetlərə yüklənmiş proqramlardan ibarət resurslarla, DVD-lərlə British Council  tərəfindən təhciz edilir, eləcə də mərkəzlərdə müxtəlif fəaliyyətlər, danışıq bacarıqlarının təkmilləşdirilməsi üçün dərslər və həmçinin müəllimllərin inkişafını dəstəkləyən təlimlər təşkil edilir. 

İngilis Dili Mərkəzlərinin yerləşdiyi hər bir məktəb yaxınlıqda yerləşən orta təhsil məktəblərinin (İlyas Əfəndiyev adına Elitar gimnaziya, 160 nömrəli məktəb, 8 nömrəli məktəb, 7 nömrəli məktəb, 53 nömrəli məktəb, 225 nömrəli məktəb, 158 nömrəli məktəb, Zərifə Əliyeva adına lisey) mini şəbəkəsinin mərkəzi funksiyasını daşıyacaq. Mərkəzlər həmin məktəblərin ingilis dili müəllimləri üçün təlim proqramları və danışıq klubları da təşkil edəcək.

İngilis dili Mərkəzi dilin real tətbiq edildiyi bir məkandır. Bu, şagirdlər və ingilis dili müəllimləri üçün resurs və tədris mərkəzidir və burada dinamik fəaliyyət proqramından, danışıq klublarından, bacarıq məşğələlərindən, filmlərdən, seminarlardan, oxu qruplarından, maraq qruplarından, onlayn materiallardan istifadə olunur. Burada siz ingilis dilini öyrənə, təcrübədə tətbiq edə, məsləhət ala və ingilis dilində əylənə bilərsiniz.

İngilis dili Mərkəzləri kitabxanadan daha da artıqdır. Bura elə bir məkandır ki, sinifdə öyrəndiyiniz dil burada reallığa çevrilir.