By Hazan Hayaloğlu

02 June 2021 - 14:48

A close up of a girl preparing for IELTS on her laptop.

Beləliklə, IELTS imtahanını verməyə qərar verdiniz, amma harada başlayacağınıza əmin deyilsiniz. Siz doğru yerdəsiniz! Burada qlobal IELTS mütəxəssisi Hazan Hayaloğlu bizi IELTS test hazırlığı üçün doqquz ən yaxşı resurslarla bölüşür.

Necə başlamalısınız?

IELTS test hazırlığınızın ən vacib hissəsi test günündən əvvəl format və qiymətləndirmə meyarlarını anlamaqdır. Bu, hər bir adama tövsiyə etdiyim bir şeydir, çünki bu sizin nəticənizə çox kömək edə bilər. 

Beləliklə, bundan əlavə, IELTS imtahanına hazırlığınız üçün ən yaxşı doqquz resurslarımı nəzərdən keçirək.

1. Road to IELTS kursu

Road to IELTS, British Council-ın rəsmi onlayn hazırlıq kursudur. Ödənişsiz və ödənişsli versiyalar mövcuddur və onlayn olduğuna görə, hər yerdə, istədiyiniz zaman IELTS-ə hazırlaşa bilərsiniz. Kurs həm kağız, həm də kompüter üzərindən təqdim olunan formatlar üçün bir çox təcrübə materialına, nümunəvi videolara, müəllim təlimlərinə və sınaq testlərinə giriş imkanı verir.

Planlaşdırma və izləmə vasitələri hədəf nəticənizə doğru irəliləməyinizə kömək edərkən, resurs bankında bir bal kalkulyatoru, test gerisayımı və təhsil planınızı yaxşılaşdırmaq üçün digər mənbələr var.

Hazırlıq vaxtınızı ən səmərəli şəkildə keçirtmək üçün, hər bölməyə nə qədər vaxt ayırdığınızı izləmək və inkişafa ehtiyacı olan sahələrə vaxt ayırmaq üçün lazımlı Tədris Planlayıcısından da istifadə edə bilərsiniz.

Mövcud  paketlər haqqında (ödənişsiz və ödənişli versiyalar daxil olmaqla) Take IELTS veb saytında məlumat əldə edin.

Road to IELTS istifadə etmək üçün lazımlı bir YouTube təlimatı da var.

2. Mobil tətbiqlər

Bu pulsuz, istifadəsi asan olan mobil proqramlar, hərəkətdə olarkən IELTS üçün hazırlığa imkan verir.

IELTS Prep App

IELTS Prep App pulsuz sınaq testlərinə, nümunə suallarına, qrammatika və lüğət məşqlərinə və IELTS testinin bütün bölmələrinin ətraflı icmalına giriş imkanı verir. Hazırlıq tövsiyələri və irəliləyiş izləyicisi də var.

IELTS Word Power

IELTS Word Power, IELTS testinin dörd bölməsi üçün çox vacib olan söz ehtiyatınızı yaxşılaşdırmağa kömək edir (yazı və danışıq bölmələri üçün əsas meyardır). Söz ehtiyatınızı addım-addım yaxşılaşdırım və əyləncəli oyunlar və məşqlərlə tək və ya dostlarınız ilə yeni sözləri öyrənin.

LearnEnglish Audio and Video

LearnEnglish Audio və Video, Birləşmiş Krallıqdakı qida və mədəniyyət, gündəlik həyat, hekayələr və şeirlər kimi mövzularda seçilmiş podcast və videolar təqdim edir. Videolarda hərəkətli altıyazı seçiminə sahib ola bilərsiniz və anlayışınıza kömək etmək üçün səs səviyyəsini birbaşa idarə edə bilərsiniz.

3. Hazırlıq vebinarları

Testinizlə bağlı suallarınız varsa, ödənişsiz IELTS veb-seminarlarından birinə qoşulmaqla birbaşa peşəkar bir IELTS mütəxəssisinə müraciət edə bilərsiniz. IELTS mütəxəssisləri tərəfindən təqdim olunan hər veb seminar testin müəyyən bir hissəsi ilə bağlı ətraflı təlimat təqdim edir və suallarınızı cavablandırmaq şansı verir.

Qarşıdakı veb seminarlar barədə məlumat almaq üçün e-poçt siyahısına qoşulun.

If you have not booked your test, but would still like to practise, sign up for free IELTS practice materials on the ‘Prepare’ page and you will be sent free online materials, including one full test.

Əgər imtahanınıza qeydiyyat keçməmisiniz, lakin hazırlaşmaq istəyirsinizsə, ‘Hazırlıq’ səhifəsində olan ödənişsiz IELTS təcrübə materiallar və sizə bir tam onlayn sınaq testi sizə pulsuz olaraq göndəriləcək.

4. Kompüterdə təqdim edilən sınaq testi

Kompüterdə təqdim edilən IELTS imtahanına qeydiyyatdan keçmisinizsə, British Council-dan bir tam ödənişsiz sınaq testini tələb edə bilərsiniz, bə beləliklə test günündə sizi nə gözləyəcəyinizə hazırsınız. Take IELTS veb saytından nümunə (sınaq) imtahanını əldə edə bilərsiniz.

Kompüterdə təqdim olunan imtahanın xüsusiyyətləri haqqında video təlimləri də izləyə bilərsiniz.

5. 'Understanding IELTS' onlayn kursu

Bu üç həftəlik onlayn hazırlıq kursu, təcrübəli IELTS təlimçiləri tərəfindən hazırlanmış IELTS imtahanın hər bölməsi haqqında məlumat verən videoları təqdim edir.

Kurs interaktivdir - beləliklə təcrübənizi, məsləhətlərinizi və fikirlərinizi digər tələbələrlə də bölüşə bilərsiniz.

Başlama tarixlərini və qoşulma məlumatlarını tapmaq üçün kurs səhifəsini ziyarət edin.

6. Rəsmi IELTS Hazırlıq Materialları 

Çap edilmiş mənbələrə üstünlük verirsinizsə, həm testin həm Academic, həm də General Training əhatə edən Rəsmi IELTS Hazırlıq Materiallarını əldə edə bilərsiniz. Bunlara təcrübə testləri, cavab vərəqələri və cavab cavabları daxildir. Həm CD-ROM, həm də səs yazısı daxil olmaqla iki cild mövcuddur.

Bunları onlayn sifarış etmək olar və ya British Council test mərkəzlərində və seçilmiş kitab mağazalarında tapın.

7. Top Tips for IELTS 

Top Tips for IELTS dərsliyi və CD-ROM ən yaxşı məsləhətlər və nümunə suallarını əhatə edən interaktiv sınaq testini və IELTS testinin hər bölməsi üçün məsləhətləri təqdim edir. Bu dərslilik yüksək təcrübəli Cambridge ESOL imtahan götürənlər tərəfindən hazırlanmışdır.

8. Sınaq testləri

Təcrübə sizin imtahandakı performansı mükəmməl edəcəkdir. Bunu nəzərə alaraq, British Council, IELTS testinin dörd hissəsi üçün ödənişsiz sınaq imtahanları təklif edir. Müddətli təcrübə sessiyaları texnikalarınızı inkişaf etdirməyə və sizə IELTS imtahan şərtlərini izah etməyə kömək edəcəkdir.

9. IELTS Progress Check 

Testin hər bölməsi üçün ümumi indikativ nəticənizi almaq istəyirsinizsə, IELTS Progress Check sizin üçündür. Bu rəsmi, onlayn təcrübə testi, rəsmi bir imtahan vermədən əvvəl bacarıqlarınızı qiymətləndirməyə imkan verir, inkişaf üçün sahələri müəyyənləşdirməyə və təhsil cədvəlinizi daha təsirli şəkildə planlaşdırmağa kömək edir.

Bu sınaq imtahanı, IELTS imtahan götürənlər tərəfindən qiymətləndirilir və imtahanı başa vurduqdan sonra beş gün ərzində indikativ ümumi nəticəsini təqdim edəcəkdir.

Və, unutmayın …

IELTS-ə hazırlaşmaq, xüsusilə vaxt baxımından çətinliyiniz varsa, çətin ola bilər. Özünüzə hazırlaşmaq üçün kifayət qədər vaxt verin və tam əmin oluncaya qədər imtananınıza qeydiyyat keçməyin. Realistik bir imtahan tarixinə, sizi yormayacaq bir hazırlıq cədvələ və zəif tərəflərinizə dair bir fikrə sahib olduğunuzdan əmin olun. Gerçək bir cədvələ riayət etməklə istədiyiniz nəticəni əldə edə bilməməyiniz üçün heç bir səbəb yoxdur.

Qarşıdan gələn IELTS imtahan tarixlərini görmək və ya imtahan qiymətlərini yoxlamaq istəyirsinizsə, xahiş edirik ki IELTS qeydiyyat səhifəsini ziyarət edin.