British Council, IELTS testinin sahiblərdən biri olaraq, imtahan gününə hazırlaşmağınıza və lazım olan balı toplamağınıza sizə kömək etməyə hazırdır. Kurslarımız sizə IELTS imtahanınızdan inamla keçmək üçün lazım olan bacarıqlarla təchiz edəcək.

Kurslarımız peşəkar müəllimlərlə onlayn mühitdə aparılır. Bunlar özünüzə inamınızı artırmağa və test gününüzə hazır olmağa kömək edəcək təhsil komponentlərindən ibarətdir. Kursları ingilis dilinin tədrisi və test hazırlığı təcrübəsi olan British Council müəllimləri həyata keçirirlər.

Aşağıdakı kurslardan birini seçin və IELTS imtahanına hazır olduğunuzdan əmin olun.

Mövcud olan kurslar:

Həftəsonu İntensiv Kurs

Kurs müddəti 8 saat
Kurs qiyməti € 49.99
Kurs cədvəli Şənbə və Bazar | 10.00–14.30 (30 dəqiqəlik fasilə ilə)

Kurs kim üçündür?

Bu kurs ən yaxın zamanda kompüterdə təqdim olunan Academic IELTS imtahanı verəcək tələbələr üçündür, və xüsusi diqqət Danışıq və Yazı bölmələrinə ayrılacaqdır.

Kurs haqqında

Kurs Zoom vasitəsilə onlayn olan üz-üzə dərsləri əhatə edir. Həftə sonu ərzində danışıq və yazı tapşırıqlarına məxsus müəyyən strategiyaları və üsulları ilə tanış olacaqsınız, mock testləri keçəcəksiniz və fərdi rəy alacaqsınız.

Qeydiyyata keçmək

IELTS Danışıq və Yazı üzrə Kurs

Kurs müddəti 3 həftə (27 saat)
Kurs qiymıti € 119.99
Kurs cədvəli Həftədə 4 saat üz-üzə dərslər və əlavə 5 saat fərdi öyrənmə

Kurs kim üçündür?

Bu kurs bir ay ərzində kompüterdə təqdim olunan Academic IELTS imtahanı verəcək, və Danışıq və Yazı tapşırıqlarına cavablarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq istəyən tələbələr üçündür.

Kurs haqqında

Kurs Zoom vasitəsilə onlayn olan üz-üzə dərsləri əhatə edir. IELTS testin quruluşunu anlamağa və evdə öyrənmə strategiyalarını və fəaliyyətlərini bölüşməyə kömək edəcək təlim materiallarımıza da giriş əldə edəcəksiniz.

Kurs müddətində mütəmadi olaraq Danışıq və Yazı testləri istifadə etməklə proqresinizi yoxlayacağıq və müəlliminiz ballarınıza əsasən fərdi rəy verəcəkdir.

Qeydiyyata keçmək

IELTS Dörd Bacarıq Kurs

Kurs müddəti 5 həftə (45 saat)
Kurs qiyməti € 149.99
Kurs cədvəli Həftədə 4 saat üz-üzə dərslər və əlavə 5 saat fərdi öyrənmə

Kurs kim üçündür?

Bu kurs kompüterdə təqdim olunan Academic və ya General Training IELTS imtahanı verəcək və imtahanın hər dörd hissəsinə diqqət yetirmək istəyən tələbələr üçündür.

Kurs haqqında

Kurs Zoom vasitəsilə onlayn olan üz-üzə dərsləri əhatə edir. IELTS testin quruluşunu anlamağa və evdə öyrənmə strategiyalarını və fəaliyyətlərini bölüşməyə kömək edəcək təlim materiallarımıza da giriş əldə edəcəksiniz.

Kurs müddətində imtahanın hər dörd bölməsində (Yazı, Danışıq, Oxuma və Dinləmə) proqresinizi yoxlayacağıq. Müəlliminiz ballarınıza əsasən fərdi rəy verəcək və müəyyən tapşırıqları həll etmək və balınızı yaxşılaşdırmaq üçün fərqli strategiyalardan necə istifadə edə biləcəyinizi izah edəcəkdir.

Qeydiyyata keçmək

Şərtlər və qaydalar

Nəzərinizdə tutun ki, bir onlayn sinifdə minimum beş tələbə olmalıdır. Müəyyən bir kursun qeydiyyat zamanında beş nəfərdən az adam qeydiyyatdan keçsə, biz həmin kursu təqdim edə bilməyəcəyik.

Kursda effektiv şəkildə iştirak etmək üçün, sizin ingilis dili bilk səviyyəsi minimum B1 olmalıdır. Ödənişsiz onlayn testimizdən istifadə edərək, bilik səviyyənizi yoxlaya bilərsiniz.

Ödəniş yalnız kredit və ya debit kartı ilə onlayn mühitdə mümkündür. Ödəniş kursun başlanmasından 72 saat əvvəl həyata keçirilməlidir. Kurs haqqı qismən və ya hissə-hissə ödənilə bilməz.