TKT ©

Mat Wright, British Council Photos

TKT dil daşıyıcısı olmayan İngilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal bir şansdır.

TKT – Teaching Knowledge Test (Tədris Bilik və Bacarıqları üzrə Test) aşağıda qeyd olunan şəxslər üçün yaradılmışdır:

  • Hal-hazırda dərs deyən, lakin beynəlxalq səviyyədə ixtisaslaşmaq üçün öz təcrübələrini təsdiqlətmək istəyənlər
  • Öz tədris bacarıqlarını artıraraq, karyera imkanlarını genişləndirmək istəyənlər
  • Öz tədris bacarıqlarını müasir metodlara uyğunlaşdırmaq istəyənlər

TKT imtahanı bir neçə moduldan ibarətdir. Siz onların hamısını və ya yalnız ehtiyacınıza uyğun olanı seçə bilərsiniz. Sizin modulların zamanını və növünü seçmək, eyni zamanda hər bir modul üçün sertifikat əldə etmək seçiminiz var.

Tədris bilik və bacarıqlarınızın inkişafını əhatə edən 3 əsas modul təklif olunmaqdadır.

  • TKT: Modul 1 – Dil tədrisinin əsasları
  • TKT: Modul 2 – Dil tədrisinin planlaşdırılması
  • TKT: Modul 3 – Sinfin idarə olunması

Mütəxəssis modulları:

  • TKT: Content and Language Integrated Learning  – İngilis dilindən başqa kurikulum üzrə başqa fənləri ingiliscə tədris edən müəssisələrdə keçirilə biləcək testlər
  • TKT: Young learners – 6-12 yaş aralığında gənclərin bu günə qədər olan biliklərin öyrənilməsi testi

TKT Cambridge universitetinin bir hissəsi olan Cambridge ESOL tərəfindən təqdim olunduğu üçün beynəlxalq səviyyədə tanınmış və yüksək standartlara malikdir.