IELTS UKVI (Birləşmiş Krallıq üçün viza və immiqrasiya) nədir?
Birləşmiş Krallıqda işləmək və ya təhsil almaq istəyirsinizsə, Birləşmiş Krallıq vizası üçün müraciət etməli, IELTS for UKVI (Academic və General Training) və ya IELTS Life Skills kimi Home Office tərəfindən təsdiq edilmiş Secure English Language Test (SELT) imtahanından keçərək tələb olunan ingilis dili bacarıqlarına malik olduğunuzu nümayiş etdirməli olacaqsız.
IELTS və IELTS for UKVI imtahan növləri arasında fərq nədən ibarətdir?
IELTS və IELTS UKVI imtahan məzmun, növ, çətinlik səviyyəsi və qiymətləndirmə etibarilə eynidır. Lakin, imtahan nəticələrinizi əks etdirən sertifikat (TRF) imtahanı Birləşmiş Krallığın Home Office tərəfindən təsdiq edilmiş rəsmi IELTS UKVI imtahan mərkəzində verdiyinizi göstərmək məqsədilə bir qədər fərqli olacaq.
Hansı formatda imtahan verməliyəm?
Əgər tələbəsinizsə, xahiş edirik qeydiyyatdan əvvəl hansı imtahanı verməli olduğunuzu universitetdən/kollecdən/məktəbdən soruşaraq dəqiqləşdirin.
Tier 4 sponsoru olan universitetdə birbaşa bakalavr və ya magistr pilləsinə daxil olmaq üçün Tier 4 Tələbə vizasına müraciət etmisinizsə, təhsil müəssisəsi tərəfindən təyin olunmuş İngilis dili səviyyəsi tələbinə cavab verməlisiniz. Birləşmiş Krallığın bütün universitetləri və kollecləri IELTS Academic imtahanının nəticələrini qəbul edirlər. Bu o deməkdir ki, IELTS for UKVI (Academic) imtahanında iştirak etməyə ehtiyac olmaya bilər, IELTS Academic imtahanının nəticələrini təqdim edə bilərsiniz.
Tələbə deyilsinizsə, xahiş edirik imtahan üçün qeydiyyatdan keçməmişdən əvvəl, müraciət etdiyiniz təşkilatlardan hansı imtahan formasını seçməli olduğunuzu dəqiqləşdirin.
Biz Azərbaycanda IELTS UKVI təklif edirik
Test | Təsvir | Qiymət |
IELTS UKVI Academic | Əgər müraciət etdiyiniz universitet və ya təşkilat sizdən IELTS for UKVI (Academic) nəticəsi tələb edirsə, o zaman bu imtahanı seçin. | 425 AZN |
IELTS UKVI General Training | Əgər siz Birləşmiş Krallığa migrasiya etmək və ya universitetə qədər təhsil almaq istəyirsinizsə, o zaman bu imtahanı seçin. | 425 AZN |
IELTS Life Skills A1 | Əgər siz Birləşmiş Krallığa viza və immigrasiya ərizə formasında 'family of a settled person' vizası üçün ingilis dilinizin Danişıq və Dinləmə bacarıqlarınızın sübut kimi təqdim etməlisinizsə, o zaman bu imtahanı seçin. | 360 AZN |
IELTS Life Skills B1 | Əgər siz Birləşmiş Krallığa viza və immigrasiya ərizə formasında müddətsiz yaşama və ya vətədaşlıq üçün ingilis dilinizin Danişıq və Dinləmə bacarıqlarınızın sübut kimi təqdim etməlisinizsə, o zaman bu imtahanı seçin. | 360 AZN |
Ödənişə nə daxildir? IELTS imtahan ödəniş haqqımıza müstəsna hazırlıq materialları, pulsuz sınaq testləri və daha çox materiallar daxildir.
British Council ilə IELTS UKVI
IELTS UKVI (Academic və General Training) və IELTS Life Skills imtahanları yalnız Birləşmiş Krallıq viza və immiqrasiya idarəsi tərəfindən təsdiqlənmiş test mərkəzlərində keçirilir. British Council-ın dünyada bir çox UKVI test mərkəzləri mövcuddur. IELTS UKVI imtahanı yalnız kağız üzərindən mövcuddur.