Biz eksklüziv və pulsuz IELTS Progress Check rəsmi onlayn sınaq imtahanı üçün müsabiqəyə başlayırıq. Müsabiqənin seçilmiş 10 qalibinin hər birinə pulsuz fərdi IELTS Progress Check online test kuponu veriləcək. Bu təklifdən yararlanmaq üçün imtahan verənlərdən aşağıdakı şərtlər tələb olunur:

  • Yuxarıda göstərilən onlayn formanı doldurun və formada olan müsabiqə sualına cavab verin (ingilis dilində):

"IELTS imtahanınızın həyatınızı yaxşılığa doğru necə dəyişəcəyini təsvir edin."

  • 31 mart 2022-ci il tarixinədək mövcud olan istənilən IELTS imtahan sessiyanı seçin - və 1 dekabr 2021-ci il21 yanvar 2022-ci il tarixləri arasında həmin imtahan sessiyası üçün British Council-ın veb saytında qeydiyyatdan keçin.

Müsabiqənin qalibləri 26 yanvar 2022-ci il tarixində Azərbaycandakı ofisimiz tərəfindən məlumatlandırılacaqdır. Seçim prosesi British Council-ın Azərbaycandakı IELTS imtahan mərkəzi komandası tərəfindən həyata keçiriləcək. Yuxarıdakı müsabiqə sualına ən kreativ cavablar təqdim edən iştirakçılar seçiləcək.

IELTS Progress Check rəsmi IELTS onlayn sınaq imtahanıdır. Tamamlanmış testlər IELTS üzrə təlim keçmiş və peşəkar imtahan götürənlər tərəfindən qiymətləndirilir. İmtahanda iştirak edənlər testin hər bir bölməsi (Oxuma, Dinləmə, Yazma və Danışıq) üçün ümumi göstərici balı, eləcə də qrup balı daxil olmaqla rəsmi rəy hesabatı alırlar. Hesabat IELTS Progress Check təcrübə testini tamamladıqdan sonra beş gün ərzində hazırdır.

Tək IELTS Progress Check onlayn təcrübə imtahanının qiyməti 49,95 ABŞ dollarıdır. Müsabiqənin 10 qalibi IELTS Progress Check-ə pulsuz giriş əldə edəcək.

Şərtlər və qaydalar tətbiq olunur - zəhmət olmasa, səhifənin altındakı sənədi oxuyun (ingilis dilində).

See also