IELTS testini keçməyə hazırlaşırsınızsa və köməyə ehtiyac duyursunuzsa, biz sizə kömək edə bilərik. Testində sizi nəyin gözlədiyini aşkar etmək və dörd bölmənin – Dinləmə, Oxuma, Yazma və Danışma – hər biri üzrə ətraflı təlimat əldə etmək üçün “Success in IELTS” virtual seminarımıza qeydiyyatdan keçin. Seminar ingilis dilində olacaq və təqribən 90 dəqiqə davam edəcək. Sizin IELTS təlimatçısı ilə ünsiyyətdə olmaq və ona sual vermək şansınız olacaq. Qeydiyyatdan keçib seminarda iştirak edə bilmədiyiniz təqdirdə, sizə seminarın elektron versiyasını izləmək üçün keçid göndərəcəyik. 

NECƏ QEYDIYYATDAN KEÇMƏLIYƏM?

Iştirakçı sayının məhdudluğunu və yerlərin “İlk gələn, ilk tutur” prinsipi ilə ayrıldığını nəzərə alaraq təklif edirik ki, mümkün qədər tez qeydiyyatdan keçəsiniz. 

Qeydiyyatdan keçdikdən sonra hesabınıza daxil olmaq və seminar otağına giriş əldə etmək üçün sizə ətraflı təlimatların əks olunduğu təsdiq məktubu göndəriləcək. 

IELTS imtahanı və ya bu seminarla bağlı əlavə suallarınız yaranarsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

GƏLƏCƏK VEBINARLAR

Tarix

Mövzu

7 aprel 2020 | 16.30 IELTS ilə uğur
28 aprel 2020 | 16.30 IELTS hazırlıq resursları
19 may 2020 | 16.30 IELTS ilə uğur
30 iyun 2020 | 16.30 IELTS ilə uğur