Road to IELTS image

IELTS-a gedən Yol Britaniya səfirliyinin məşhur onlayn hazırlıq kursudur. Bu kurs IELTS imtahanına hazırlaşmağınız üçün  sizə  ən yaxşı hazırlıq imkanı verəcək. IELTS-a gedən YOL-la sizin aşağıdakılardan yararlanmaq imkanınız olacaq:

  • IELTS Akademik və Ümumi Təlim modulları üzrə onlayn resurslar
  • Dinləmə, Danışıq, Oxu və Yazı testlərinə hazırlaşmağınız üçün elektron kitablarla təcrübə zonası
  • Əvvəlki namizədlərin tövsiyyələrini əks etdirən nümunə video materiallar
  • İmtahan zamanı nə etməli və nə etməməli olduğunuzu müəyyən etmək üçün müəllimlər tərəfindən tədris edilən dərslər
  • Vaxt məhdudiyyəti tətbiq edilmiş təcrübə testləri
  • Bilik və bacarıqlarınızı dünyanın başqa yerlərində IELTS yolu keçən digər tələbələrlə müqayisə etmək üçün “My Progress” (Mənim İnkişafım) bölməsi
  • İmtahanınızın vaxtını sizə xatırladacaq “My Profile” (Mənim Profilim) bölməsi

IELTS-a gedən Yol mənə necə yardım edəcək?

IELTS-a gedən Yol bir sıra mühüm üsullarla sizə yardımçı olur:

  • Fərdi inkişafınıza daim nəzarət etməyiniz üçün tapşırıqları yerinə yetirmə bacarıqlarınızla bağlı mütəmmadi rəybildirmə
  • Təcrübi tapşırıqların  yerinə yetirilməsi zamanı buraxdığınız səhvləri anlamağınız üçün düzgün cavabların təmin edilməsi
  • Testləri yüksək səviyyədə yerinə yetirməyiniz üçün ipucular və məsləhətlər
  • İmtahandan qabaq özünəinamınızı artıracaq real IELTS test tapşırıqları əsasında hazırlanmış çalışmalar 

10 saatlıq pulsuz sınaq dərsləri vasitəsilə IELTS-a gedən Yol resurslarından yararlana bilərsiniz.

Bizimlə IELTS imtahanı üçün qeydiyyatdan keçməklə 20 saatlıq pulsuz tədris materialı əldə etmiş olacaqsınız.

Yaxud, siz birbaşa IELTS-a gedən Yol: Tam Versiya linkinə keçməklə abunəlik paketləri ilə birlikdə bu elektron tədris materialının tam variantını əldə edə bilərsiniz.

IELTS-a gedən Yolun hansı versiyası? Nə əldə edirəm? 
IELTS-a gedən Yol: Test Drayveri  10 saatlıq pulsuz material
IELTS-a gedən Yol: Son Dəqiqə British Council vasitəsilə IELTS qeydiyyatında keçən bütün namizədlər üçün 20 saatlıq pulsuz material (ümumilikdə 30 saat)  
IELTS-a gedən Yol: Tam Versiya 120 saat dəyərində material