Daha çox test tarixləri arasından seçim edin və nəticələrinizi daha tez əldə edin

Hamı seçim etməyi sevir. Biz IELTS testini sizin üçün daha asan və əlverişli etmişik. İndi, testi kompüter üzərində keçə bilərsiniz.

Kompüter test üsulu ilə, IELTS testindən, Akademik və ya General test-dən keçmək olar. Siz sadəcə cavabları kompüterə daxil edəcəksiniz. 

Kompüter üzərində IELTS testinin üstünlükləri:

  • daha çox test tarixləri arasından seçim etmək olar
  • daha çox məkan seçmək olar
  • rahatlıq
  • nəticələrin 5-7 gün ərzində sürətlə hazırlanması.

IELTS testi kompüterdə necə yerinə yetirilir?

Əgər IELTS testini kompüterdə yerinə yetirmək istəyirsinizsə, o zaman dinləmə, oxu və yazı bölmələrini kompüterdə cavablandıracaqsınız. Danışıq testi təlim almış IELTS imtahanı götürən şəxs tərəfindən üzbəüz keçirilir, çünki biz bunu danışıq bacarıqlarının qiymətləndirilməsi üçün ən effektiv üsul hesab edirik.

Testin bütün digər bölmələri kağız və ya kompüter versiyasında eynidir. Buraya aşağıdakılar daxildir:

  • Məzmun
  • Vaxt
  • Sualların növləri
  • Balların müəyyən edilməsi
  • Danışıq testi
  • Test üzrə Hesabat Forması
  • Nəticələrin təsdiqlənməsi

 

Kompüterdə təqdim edilən IELTS haqqında bizim təlimat videolarla daha çox öyrənin.

Mövcud test tarixləri

Kompüterdə təqdim edilən test tarixləri ilə tanış olun.

Əgər xüsusi ehtiyaclarınız və ya tələbləriniz varsa, kağız variantında testi seçin.

Sizə uyğun tarixi tapa bilmirsiniz?

Kağız üzərində təqdim edilən test tarixləri ilə tanış olun.

 

Kompüterdə təqdim edilən IELTS haqqında əlavə məlumat: