"Success in IELTS" seminarı

CÜMƏ AXŞAMI 24 AVQUST | 19.00 

IELTS testini verməyə hazırlaşır və köməyə ehtiyac duyursunuzsa, biz sizə kömək edə bilərik. İmtahanda sizi nəyin gözlədiyini aşkar etmək və 4 bölmənin – Dinləmə, Oxuma, Yazma və Danışma – hər biri üzrə ətraflı təlimat əldə etmək üçün “IELTS-da uğur” virtual seminarımıza qeydiyyatdan keçin. 

Seminar ərzində təlimatçımız imtahanın hər bir bölməsindən mümkün olan ən yaxşı nəticəni əldə etməyə kömək məqsədilə faydalı göstəriş və məsləhətlər verəcək. 

Seminar ingilis dilində olacaq və təqribən 90 dəqiqə davam edəcək. Sizin IELTS təlimatçısı ilə ünsiyyətdə olmaq və ona sual vermək şansınız olacaq. Qeydiyyatdan keçib seminarda iştirak edə bilmədiyiniz təqdirdə, sizə seminarın elektron versiyasını izləmək üçün keçid göndərəcəyik. 

NECƏ QEYDIYYATDAN KEÇMƏLI?

Iştirakçı sayının məhdudluğunu və yerlərin “İlk gələn, ilk tutur” prinsipi ilə ayrıldığını nəzərə alaraq təklif edirik ki, mümkün qədər tez qeydiyyatdan keçəsiniz

Qeydiyyatdan keçdikdən sonra hesabınıza daxil olmaq və seminar otağına giriş əldə etmək üçün sizə ətraflı təlimatların əks olunduğu təsdiq məktubu göndəriləcək. 

IELTS imtahanı və ya bu seminarla bağlı əlavə suallarınız yaranarsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

TƏLIMATÇI HAQQINDA

Sevil Akın müəllimlik fəaliyyətinə Londonda universitetdə təhsil aldığı dövrdə könüllü müəllim olaraq başlamışdır. Bakalavr dərəcəsi aldıqdan sonra ilk müəllimlik təlimini Praqa və Paris şəhərlərində tamamlamışdır. 

2004-cü ildən Çex Respublikası, Fransa, Küveyt, Tailand və Türkiyədə müəllim kimi fəaliyyət göstərmişdir. Akın bir çox təhsil müəssisələrində çoxlu sayda müəllim və tələbələrə dərs keçmiş və 1500-dən çox iştirakçı ilə keçirilən 25 IELTS seminarına rəhbərlik etdiyi British Councilda 2013-cü ildən işləyir.