Birləşmiş Krallıq Viza və Miqrasiya Xidmətinə (BKVMX) müraciət üçün ingilis dili səviyyənizi yoxlamaq istəyirsinizmi?
IELTS - BKVMX-nin təsdiq olunmuş ingilis dilini mənimsəmə səviyyəsinə imtahanlar (SELT) siyahısında vardır. Əgər BKVMX müraciətiniz çərçivəsində IELTS testinin nəticəsini bilmək istəyirsinizsə, BKVMX-nin səlahiyyət verdiyi xüsusi test mərkəzində imtahandan keçməlisiniz. Səlahiyyətli xüsusi test mərkəzlərinin siyahısına buradan baxa bilərsiniz: www.ielts.org.
BKVMX üçün IELTS testindən keçməyin lazım olub-olmadığını öyrənmək və hansı səviyyənin tələb olunduğunu bilmək üçün, zəhmət olmasa Birləşmiş Krallıq Viza və Miqrasiya Xidmətinin veb səhifəsinə daxil olun. BKVMX üçün IELTS testinin qiyməti 475 AZN, nəticələrdən appelyasiya şikayətinin qiyməti isə 250 AZN-dir.
Namizədlər üçün ətraflı mılumatı buradan əldə edə bilərsiniz
Diqqət edin: Əgər siz Tier 4 tələbə vizası üçün Yüksək Etimadlı Zaminə (HTS) müraciət edirsinizsə, müraciətdən qabaq zəhmət olmasa rəsmi Sponsorların Qeydiyyatı bölməsi ilə tanış olun.
Birləşmiş Krallıq Viza və Miqrasiya Xidməti üçün IELTS akademik testi
Bu test Birləşmiş Krallıqda bakalavr və ya magistr səviyyələrində təhsil almaq istəyən test iştirakçıları üçün, eləcə də diplomlu mühəndislər üçün hazırlıq kurslarına qeydiyyata düşmək istəyənlər üçün nəzərdə tutulur. Test Dinləmə, Oxuma, Yazma və Danışma bacarıqlarını əhatə edir.
İndi sifariş et
Nə qədər bal lazım olduğunu yoxla
Birləşmiş Krallıq Viza və Miqrasiya Xidməti üçün IELTS Ümumi Təlimi
Bu test Britaniyaya yerləşmək istəyən test iştirakçıları və elmi dərəcədən aşağı səviyyələrdə təlim keçmək və ya təhsil almaq istəyənlər üçün nəzərdə tutulur. Test Dinləmə, Oxuma, Yazma və Danışma bacarıqlarını əhatə edir.
İndi sifariş et
Nə qədər bal lazım olduğunu yoxla
IELTS üzrə vacib bacarıq və vərdişlərin A1 səviyyəsi
Bu test Ailə, Həyat yoldaşı və ya Partnyor vizası üçün Birləşmiş Krallıq Viza və Miqrasiya Xidmətinə müraciət çərçivəsində ingilis dili üzrə danışıq və dinləmə bacarıqlarını sınamaq istəyənlər üçün nəzərdə tutulur.
- A1 səviyyəsi Milli Attestasiya Sistemi (NQF) bazasında ESOL Entry 1 səviyyəsinə ekvivalent olan Ümumavropa Xarici Dil Səviyyəsinin Müəyyənləşdirilməsi Meyarlarına (CEFR) daxildir.
- Test Danışıq və Dinləmə bacarıqlarını əhatə edir
İndi sifariş et
Nə qədər bal lazım olduğunu yoxla
IELTS üzrə vacib bacarıq və vərdişlərin B1 səviyyəsi
Bu test vətəndaşlıq /yaşayış vizası üçün Birləşmiş Krallıq Viza və Miqrasiya Xidmətinə müraciət çərçivəsində ingilis dili üzrə danışıq və dinləmə bacarıqlarını sınamaq istəyənlər üçün nəzərdə tutulur.
- B1 səviyyəsi Milli Attestasiya Sistemi (NQF) bazasında ESOL Entry 3 səviyyəsinə ekvivalent olan Ümumavropa Xarici Dil Səviyyəsinin Müəyyənləşdirilməsi Meyarlarına (CEFR) daxildir.
- Test Danışıq və Dinləmə bacarıqlarını əhatə edir
İndi sifariş et
Nə qədər bal lazım olduğunu yoxla
IELTS üzrə vacib bacarıq və vərdişlər imtahanının qiyməti 360 AZN, nəticələrdən appelyasiya şikayətinin qiyməti isə 250 AZN-dir.