Date
Bazar ertəsi 02 November 2020 - Bazar ertəsi 30 November 2020
Location
Online event

Azərbaycanda ilk dəfə keçirilən onlayn Study UK tədbirimizə qoşulun və Birləşmiş Krallıq təhsilinin sizin üçün nə edə biləcəyini öyrənin. Sizə Birləşmiş Krallıqda təhsil haqqında hər şeyi tapa biləcəyiniz bir aylıq ödənişsiz bir platforma təqdim edirik.

Birləşmiş Krallıqdan olan 45-dan çox universiteti bizə qoşulacaq, və bu sizin bunlarla birə-bir görüşmək üçün şansınızdır. Platformada ayrıca, xüsusi universitet təqaüdləri və Birləşmiş Krallıqda təhsil haqqında ümümi məlumatlar da təqdim olunur.

Tədbirimizə kim qoşula bilər?

Tədbir bütün tələbələr üçün uyğundur və açıqdır:

  • ilk bakalavr dərəcəniz üçün hazırlaşan - ya da magistr və ya aspirantura haqqında məlumat almaq istəyən tələbələr üçün,
  • təcrübəli bir səyyah - ya da xaricə ilk dəfə getməyə planlaşdırıran tələbələr üçün,
  • müraciət etmək istədiyi fənni və universiteti bilən - və ya harada başlamaq barədə heç bir məlumatı olmayan tələbələr üçün.

Bu birbaşa universitetlərdən və mütəxəssislərdən lazımlı məlumatları əldə etmək şansınızdır.

Tədbirdə nə baş tutacaq?

Platformada qeydiyyatdan keçdikdən sonra, aşağıdakıları əldə edə bilərsiniz:

  • konkret fənnlər və karyeralar haqqında veb seminarlarda iştirak edin, və həm bakalavr həm də magistratura kurslar haqqında məlumat alın,
  • Birləşmiş Krallıq universitetləri ilə fərdi onlayn iclasları sifariş edin,
  • təqaüd və digər maliyyə dəstəyi haqqında məlumat daxil olmaqla, Birləşmiş Krallıqda təhsil və yaşamaq xərcləri barədə məlumat əldə edin,
  • Avropa Birliyi və digər tələbələri üçün yeni vizalarla bağlı faktları əldə edin,
  • universitetlərə necə təhsil üçün müraciət etməyi haqqında məlumat əldə edin,
  • Birləşmiş Krallıqdakı təhsil üçün ingilis dili tələbləri (və testləri) haqqında məlumat əldə edin,
  • suallarınızı soruşun, cavablarınızı alın və Birləşmiş Krallıqdakı təhsil səyahətinizi planlaşdırmağa başlayın.

Necə iştirak edə bilərəm?

Tədbir tamamilə onlayndır və 2-30 noyabr tarixləri müddətində mövcuddur. 5 oktyabr tarixindən qeydiyyatdan keçmək və tədbirlər canlı yayımlanmazdan əvvəl platformanı istifadə edə bilərsiniz.

Yalnız bir dəfə qeydiyyatdan keçməlisiniz. Sadəcə qeydiyyat düyməsini klikləyin və haradan gəldiyiniz və nə öyrənmək istədiyiniz barədə bir neçə sualınız olacaq bir səhifəyə gedəcəksiniz. Bunu doldurduqdan və təsdiq e-poçtunu aldıqdan sonra platformanı istifadə edin və sizi maraqlandıran universitetlər və mövzular haqqında daha çox məlumat əldə edin.