Depressiyadan qurtulmağın ən etibarlı yolu
Date
Cümə 22 Yanvar 2021 - 00:00 - Bazar ertəsi 22 Fevral 2021 - 00:00
Location
Online event

Film haqqında

İstedadlı komediya aktyoru Rob Brayd tərəfindən canlandırılan mühasib obrazı həyat yoldaşı Hizerin etimadını yenidən qazanmağa çalışarkən olduqca təəccüblü bir həll yolu tapır: Üzən Kişilər adlı kişilərdən ibarət sinxron üzgüçülük komandasına qoşulur.

Kişilərdən ibarət yerli sinxron üzgüçülük komandasına qatılan Erik (Rob Braydon) Milandakı dünya çempionatına hazırlaşarkən bu rəngarəng heyət arasında qardaşlıq münasibəti yaranır. Məşqçi Syuzan onları formaya sala biləcəkmi? Onlar “çiçək”, “piramida” və “halqa” kimi elementləri vaxtında mənimsəyə biləcəklərmi? Ən önəmlisi, Erikin yeni qazandığı inamı ona Hizeri geri qaytarmağa kömək edə biləcəkmi?

Necə izləməli

Bizim platformamızda izləyin.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.

Ətraflı