11 oktyabrdan 12 fevrala qədər Birləşmiş Krallığın hər yerindən olan 30-dan çox universitetlər bizim sərgimizdə iştirak edəcək. Universitet nümayəndələri ilə fərdi onlayn görüşlər vasitəsilə tanış ola bilərsiniz və Birləşmiş Krallıqda təhsil haqqında bildiyiniz hər şeyi öyrənə biləcəyiniz veb seminarlarında iştirak edə bilərsiniz.
Bundan əlavə, Birləşmiş Krallığa getmək üçün immiqrasiya prosesi, dövlət və digər iştirak edən qurumlar tərəfindən yeni təqaüd imkanları və müraciət prosesi haqqında daha çox məlumat əldə edə biləcəksiniz.
Proqram cədvəli
- 11-15 oktyabr 2021: Study UK vebinarlar: Birləşmiş Krallıq universitetləri ilə görüşdən əvvəl müraciət əsasları və təqaüdləri haqqında öyrənmək üçün bunlara qoşulun
- 25 oktyabr - 3 noyabr 2021: Study UK: Birləşmiş Krallıq universitetləri ilə onlayn sərgisi – bu universitetlərinin nümayəndələri ilə fərdi onlayn görüşlərə qoşulmaq, təhsil planlarınızı müzakirə etmək və hər hansı bir suallarınızı vermək üçün on günlük tədbirdir. Universitetlər həmçinin veb seminarları aparacaqlar, və beləliklə Birləşmiş Krallıqdakı tələbə həyatı haqqında bütün lazım olan məlumatları öyrənə bilərsiniz. Mövzular: büdcənizi idarə etmək, Birləşmiş Krallıqdakı həyat və köçmək prosesi, və şəxsi bəyanat (Personal Statement) yazmaq üçün lazımlı tövsiyələr.
- 8-12 fevral 2022: Study UK: Birləşmiş Krallıq universitetləri ilə onlayn sərgisi – oktyabr və noyabr aylarında keçirilən onlayn sərgilərimizi qaçırdınızsa, narahat olmayın. Seçdiyiniz universitetə daha çox sual vermək üçün əlavə olan beş günlük tədbirə də qoşula bilərsiniz. Universitetərlə təkbətək görüşləri təyin etmək və universitetlərinin nümayəndələri ilə danışmaq imkanınız olacaq.
İndi qeydiyyatdan keçin: https://study-uk-events-we.britishcouncil.org/
Qeydiyyat ödənişsizdir və Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Rusiya, Ukrayna, İsrail, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiyada olan tələbələr üçün açıqdır.
Sərgimizə kim qoşula bilər?
Tədbir hər təhsil səviyyədən olan tələbələr, məsləhətçilər, müəllimlər və valideynlər üçün uyğundur. Əgər aşağıdakılar sizə uyğundursa, bu tədbir sizin üçündür:
- ilk bakalavr (BA) dərəcənizi başlamaq istəyənlər, və ya magistr (MA) / aspirantura üçün planlarınızı araşdırıranlar
- təcrübəli bir səyahətçilər və ya xaricdə ilk səfərdə olanlar
- öyrənmək istədiyi fənni/proqramı və müraciət etmək istədiyi universitetini artıq bilənlər, və ya gələcək təhsili haradan başlamaq lazım olduğunu bilməyənlər.
Sərgimizdə nə baş tutacaq?
Platformada qeydiyyatdan keçdikdən sonra, bunları edə bilərsiniz:
- xüsusi mövzular və karyeralar haqqında veb seminarlarında iştirak etmək və fərqli bakalavr və magistr kursları haqqında məlumat almaq,
- iştirak edən Birləşmiş Krallıq universitetlərinin nümayəndələri ilə şəxsi onlayn görüşləri təyin etmək,
- təqaüdlər və digər maliyyələşdirmə proqramları daxil olmaqla Birləşmiş Krallıqda təhsil və yaşayış xərcləri haqqında məlumat ətmək,
- tələbələr üçün yeni vizaları haqqında faktları öyrənmək,
- universitetlərə müraciət formalarını necə doldurmaq və göndərmək üçün kömək edəcək tövsiyələri almaq,
- Birləşmiş Krallıqda təhsil almaq üçün ingilis dili tələbləri haqqında məlumat əldə etmək,
- suallarınızı vermək, cavablarınızı almaq və Birləşmiş Krallıqda təhsil səyahətinizi planlaşdırmağa necə başlamaq.
Necə iştirak edə bilərəm?
Sadəcə qeydiyyat düyməsini klikləyin və şəxsi məlumat, təhsil və maraqlarınızla birlikdə formanı doldurun. Platformanı araşdırmağa və iştirak edən universitetlər, təqaüdlər və sizi maraqlandıran mövzular haqqında daha çox məlumat əldə etmək üçün təsdiq edən e-poçt mesajını alacaqsınız.