Rey and Liza
Əsl axmaqlar ailəsi haqqında incə və gülünc retro film
Date
Cümə 22 Yanvar 2021 - 00:00 - Bazar ertəsi 22 Fevral 2021 - 00:00
Location
Onlayn tədbir

Film haqqında

Məşhur fotoqraf Riçard Billinqam öz ilk bədii filmində 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində Qərbi Midlandda, 90-cı illərin sonlarında atası və anası ilə birlikdə böyüyərkən yaşadığı xatirələrindən ilhamalaraq bu mürəkkəb ailə portretini canlandırmışdır.

Birminqam ətrafında yaşayan və o cümlədən, cəmiyyətdən geri qalan Billinqam ailəsi qeyri-adi adətlərə əməl edir və onlardan asılı olmayan amillərin müəyyən etdiyi həyatla mübarizə aparır, ictimai tabuları pozur. Bəzən heyrətə salan və kəskin həyəcan doğuran üç epizod Qara ölkənin şəhər şurasının mənzilində böyüməklə bağlı güclü xatirələrə çevrilir.

Necə izləməli

Bizim platformamızda izləyin.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.

Ətraflı