Bu onlayn kurs karyera xəritənizi cızmaqda və məzun olduqdan sonra iş dünyasına hazırlaşmağınızda sizə yardımçı olacaq. Siz, eyni zamanda işçi axtarışında olan potensial qurumlarda bilik və bacarıqlarınızın təqdimatı üsulları haqqında da öyrənəcəksiniz.
Kurs, iş həyatına yenicə başlayan və ya məzun olduqdan sonra ilk dəfə iş dünyasına qoşulan şəxslər üçün nəzərdə tutulmuşdur. Təhsil həyatından iş həyatına olan keçid dövründə lazımi idarəetmə bilik və bacarıqlarının aşılanması diqqət mərkəzində olacaqdır.