Çəhrayı divar
Münasibətin hər ili üçün altı fəsildə sevgi hekayəsi
Date
Cümə 22 Yanvar 2021 - 00:00 - Bazar ertəsi 22 Fevral 2021 - 00:00
Location
Onlayn tədbir

Film haqqında

Altı səhnə. Altı il. Cenna (Tatyana Maslani) və Leon (CeyDuplas) arasındakı münasibətləri formalaşdıran altı məqam. Çəhrayı divar bizim şəxsiyyətimizi müəyyən edən, cinsi gözləntilərin təzyiqlərini, həyat və ehtiras arasındakı əbədi mübarizəmizi araşdırır.

Çəhrayı divar – iki insan birlikdə olduğu zaman müəyyən anlar içində nəql edilən müasir romantizmdir. Film dostluğun, həmdə küskünlüyün, yetkin həyatın təzyiqləri ilə qarşılaşdıqca necə böyüdüyümüzü araşdırır.

Necə izləməli

Bizim platformamızda izləyin.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.

Ətraflı