Makiyaj
Mövsümi istirahət zonasında olan vaqon evciklərdə baş verən xəyali hadisələr və intriqalarla dolu psixoloji dram
Date
Cümə 22 Yanvar 2021 - 00:00 - Bazar ertəsi 22 Fevral 2021 - 00:00
Location
Onlayn tədbir

Film haqqında

Təmkinli gənc Rut (Molli Vindzor) sevgilisi Tomun (Cozef Kvin) güzgüsündə dodaq boyası ləkəsi və köynəyində kürən saç tapdığı zaman onların evinə narahatlıq hissi hakim kəsilir. Tapdığı detallarla Tomu üzləşdirməkdən imtina edən Rutu qısqanclıq hissi bürüyür.

Özünə inamlı və nikbin Ceyd (Stefani Martini) ilə işləməyə başladıqda onun qırmızı dırnaqları və saçındakı qırmızı çalarlar Rutun şübhələrini getdikcə daha da artırır. Rut hisslərini ələ almağa çalışır, lakin ürəyindəki şübhələr Tom ilə münasibətlərini təhdid edən vəsvəsəyə çevrilməyə doğru gedir. Aralarındakı soyuqluq artdıqca Rut ona həm maraqlı gələn, həm də bir qədər çəkindiyi Ceydə yaxınlaşmaq üzrədir. Qısqanclıq gözünü tutduğundan, tamamilə fərqli bir hissin onu təqib etdiyinin fərqinə varmır .

Necə izləməli

Bizim platformamızda izləyin.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.

Ətraflı