Date
Çərşənbə 15 April 2020 -
16:00 - 17:00
Location
Onlayn sessiya

Bizim British Council ilə #EvdəQal proqramının çərçivəsində, dünyadakı müəllim həmkarları ilə əlaqə qurmağa və təcrübənizi bölüşməyə kömək edəcək bir sıra onlayn vebinarlar təşkil edirik. 15 aprel tarixində IATEFL prezidenti Dr Harry Kuchah ilə canlı sessiya təşkil edirik.

Vebinar zamanı Dr Kuchah IATEFL-in işini təqdim edəcək və üzvlər və üzv olmayanlar üçün faydalar haqqında daha çox məlumat verəcəkdir. O, həmçinin IATEFL ilə işləmək müxtəlif yollarını və peşəkar inkişafınızı davam etdirmək üçün onlayn resurslardan necə istifadə edə biləcəyinizi izah edəcəkdir.

18 və 19 aprel tarixlərində baş tutacaq IATEFL Global Get-Together haqqında daha çox məlumat əldə edəcəksiniz. Bu onlayn tədbir dünyanın hər yerindən ingilis dili müəllim mütəxəssislərini bir araya gətirəcəkdir və tam ödənişsizdir.

Sessiyanın sonunda doktor Kuchah suallarınızın hamısını canlı olaraq cavablandıracaq, buna görə də hazırlaşdığınıza ümid edirik.

SPİKER HAQQINDA 

Dr Kuchah Birləşmiş Krallığın Lids Universitetində Dil Təhsili üzrə məruzəçidir. Ayrıca Cənubi Afrika, Cənubi Asiya və Avropada bir sıra müəllim təhsili və müəllimlər üçün resursların inkişafı təşəbbüslərində iştirak etmişdir. Bundan əlavə, Avropa Şurasında, Albaniyada, Cənubi Sudanda Windle Trust İnternational ilə və Əfqanıstan, Kot d'İvuar, Qvineya və Seneqaldakı British Council ofislərində məsləhətçi olaraq çalışmışdır. Dr Kuchah TESOL Beynəlxalq Assosiasiyasının ingilis dili tədrisi üzrə '30 ən qabaqcıl lider'-lərindən biri seçilmişdir və İATEFL-ın prezidentidir.