Bir qadının müharibə dövründə yaşadığı təcrübəyə həm səmimi və həm də əsrarəngiz səyahət.
Date
Cümə 22 Yanvar 2021 - 00:00 - Bazar ertəsi 22 Fevral 2021 - 00:00
Location
Onlayn tədbir

Film haqqında

Gənc ananın qızına məktubu olan filmdə, Vaadəl-Katibin Suriyada beş il davam edən Hələb üsyanı ərəfəsindəki həyatından bəhs edilir. Bu cür dəhşətli hadisələrin cərəyan etdiyi bir dövrdə, o aşiq olur, ailə qurur və qızı Səmanı dünyaya gətirir.

O kamerası ilə itkilər, qəh-qəhələrlə dolu sağ qalmaq kimi ağlasığmaz hadisələri lentə alır. Qızını qorumaq üçün Vaad inanılmaz bir seçim qarşısında qalır - şəhəri tərk etsin, yoxsa burada qalsın? Şəhərdən getmək isə uğrunda bu qədər qurbanlar verdiyi mübarizədən imtina etmək deməkdir.

Film-Emmi mükafatına layiq görülən rejissorlar Vaadəl-Katib və Edvard Vattsın ilk tammetrajlı sənədli filmidir

Necə izləməli

Bizim platformamızda izləyin.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.

Ətraflı