Date
Bazar ertəsi 30 November 2015 - 14:50 - Şənbə 19 Dekabr 2015 - 14:50
Location
Onlayn kurs

800 il qabaq tərtib olunmuş və cəmiyyətin formalaşmasında böyük rolu olan “ möhtəşəm nizamnamə” Magna Cartani kəşf edərək ingilis dili bacarıqlarınızı təkmilləşdirin.

Bir anlıq tarixə baş vuraraq 1215-ci ildə İngiltərə kralının imzaladığı sülh sazişinin azadlıq simvoluna necə çevrilməsini və dünya üzrə insan hüquqlarına nə dərəcədə təsir etdiyini kəşf edəcəksən və ingilis dilində işlənən nümunələrlə tanış olacaqsan.

British Council-ın yüksək keyfiyyətə malik olan dil öyrənmə vəsaitləri sizə aşağıdakıları əldə etməyə imkan verəcək:

  • Bacarıqlarınızı onlayn şəkildə sınamaq 
  • Dünyanın hər tərəfindən insanlarla ünsiyyət qurmaq
  • Ingilis dilini təkmilləşdirmək
  • Britaniya mədəniyyəti haqqında biliyini genişləndirmək

Kursun hər mərhələsində bizim video məsləhətçimiz və təhsil sahəsində həmkarlarımız mövzuya dair bələdçilik edərək video və mətnlərdə ingilis dilinin istifadəsinə dair nümunələrə baxaraq izahını təmin edəcəklər. 

Ingilis dilinin tədqiqi: Magna Carta kursu vaxt baxımından olduqca əlverişlidir, belə ki, o sizin həftədə iki saatadək vaxtınızı alacaq və siz istədiyiniz zaman iştirak edə bilərsiniz. Kurs üç həftə davam edir və siz hətta kurs başlayandan sonra da qoşula bilərsiniz.

Pulsuz onlayn kurs Bazar ertəsi 30 noyabr tarixində başlayır.