London Metropolitan Universiteti ilə yaradılan Creative Spark onlayn seminar sessiyaları yaradıcılıq prosesinə, biznes ideyalarının inkişafı və ünsiyyətinə əla başlanğıcdır. İştirakçılar bir çox fərqli biznes fikirlərlə necə tanış olmağı və işləmək üçün ən yaxşılarını necə seçməyi öyrənəcəklər. Sonrakı sessiyalarda iştirakçılar müştəri bazasının necə inkişaf etdirilməsini, uğurlu iş sahəsini necə təqdim edəcəyini öyrənəcəklər və Azərbaycandakı sahibkarlardan canlı şəkildə tövsiyyə almaq şans əldə edəcəklər.
Sessiyaların cədvəli:
Tarix | Vaxt | Sessiya | Təsvir |
24.04.2020 | 13.00 | İdeyalar Seminarı | Biznes fikirlərini necə yaratmağı öyrənin. |
01.05.2020 | 13.00 | Diqqətinizi Problemlərə Yönəltmək | Problemdən başlayaraq biznes fikirlərini necə inkişaf etdirməyi öyrənin. |
08.05.2020 | 13.00 | Müştərilərinizi anlayın: İnsanlarla Ünsiyyət | Müştəri bazasının inkişafı və müştərilər ilə görüşlərini necə qurulacağını öyrənin. |
15.05.2020 | 13.00 | Biznes Təqdimat və Tövsiyyələr | Yaxşı bir biznes təqdimatının quruluşunu və ən yaxşı şəkildə necə tamaşaçılara çatdırılacağını öyrənin. |
22.05.2020 | 13.00 | Sahibkarlara Sual Ver | Həmişə biznes üzrə bilmək istədiyiniz hər şey: dünyadan tanınmış sahibkarlarına sual verin. |
Təqdimatçı haqqında:
Chris Lane, sahibkarlıq və yaradıcı sənaye sahələrində calışan tədqiqatçı və vizual sənətkardır. İctimai sektorunda çox çalışmışdır. Daha əvvəl London Metropolitan Universitetinin Rəqəmsal Media dərəcəsi üzrə kurs rəhbəri olmuş və Sosial Mediada Birləşmiş Krallığın ilk bakalavr proqramını başlatmışdır. Daha əvvəl London Metropolitan universitetdə Dekanın müavini və Tərəfdaşlıq üzrə Rəhbəri olmuş və hal-hazırda İcma İnkişafı, Qaçqınlar üzrə İctimai Proqramlar və Gənclik Tədqiqatları sahələrində rəhbərlik edir. O, Özbəkistanda Creative Spark proqramının həyata keçirilməsi və London Met-in British Council üçün beynəlxalq Big İdea müsabiqənin hazırlanmasında iştirak etmişdir.