Creative Spark proqramının tərəfdaş müəssislərində tələbələr, məzunlar və gənc sahibkarlar üçün hazırlanmış bir sıra veb seminarlar üçün bizə qoşulun! Sessiyalar şagirdlərin İngilis dilində ünsiyyət qurmaqda daha inamlı olmalarına kömək edəcək faydalı tövsiyələr verəcəkdir. Hər veb seminar fərqli mövzuda olacaq və British Council'ın dil mütəxəssisi tərəfindən çatdırılacaqdır. Tələbələr fikir bildirməkdən tutmuş iş müsahibəsinə hazırlıq və təqdimatadək müxtəlif mövzularda maraqlı və praktiki təməl bilikləri ilə təmin ediləcəklər. İngiltərə vaxtı ilə saat 12:00-da 16 mart 2021-ci tarixindən sentyabr ayınadək hər ayın hər üçüncü çərşənbə axşamı bizə qoşulun.
Qeydiyyatdan keçmək üçün, zəhmət olmasa, bu linkə keçid edin. Beləliklə, siz veb seminarların baş tutacağı Teams platformasına qoşulmaq üçün link əldə edəcəksiniz.
İngilis dili üzrə aylıq sessiyalarımızdan ilk veb seminarımızda əsas diqqət hər hansısa bir fikrə münasibət bildirərkən və ya fikir verərkən və soruşarkən istifadə edə biləcəyimiz faydalı ifadələrə yönləndiriləcəkdir. Bizə qoşulun və təhsil həyatınızda, eyni zamanda gündəlik ünsiyyət prosesində yararlana biləcəyiniz faydalı danışıq dili haqqında öyrənin.
Sessiyaların cədvəli:
Tarix | Mövzu |
16.03.2021 | Fikrin ifadə edilməsi |
20.04.2021 | Rəy bildirmək |
18.05.2021 | Geniş kütlə önündə çıxış |
15.06.2021 | Bacarıqların haqqında danışmaq |
20.07.2021 | İş müsahibəsinə hazırlıq: bacarıqların və iş təcrübən haqqında necə məlumat verməli |
17.08.2021 | Təqdimat |
21.09.2021 | Münasibətlərin qurulması və danışıqların aparılması |