Bu proqramda Birləşmiş Krallığın sənətkarlıq və hərəkətli şəklə həsr edilmiş ilk festivalı olan "Real to Reel: Sənət Filmi Festivalı"nda ekrana çıxmış Britaniya qısametrajlı filmləri vurğulanır.
Date
Çərşənbə 13 May 2020 - 12:00 - Cümə axşamı 21 May 2020 - 12:00
Location
Online screening

Bu proqramda Birləşmiş Krallığın sənətkarlıq və hərəkətli şəklə həs edilmiş ilk festivalı olan "Reallıqdan Ekrana: Sənət Filmi Festivalı"nda (Real to Reel: The Craft Film Festival) ekrana çıxmış Britaniya qısametrajlı filmləri vurğulanır. Bu filmlərdə bizim materiallar və yeni bir şeyin yaradılması prosesi ilə münasibətimiz araşdırılır.

Proqram özündə sənədli filmləri, sənətkar profillərini və əllə hazırlanmış animasiyaları birləşdirir və sənət aləmini bütün rəngarəngliyi ilə əks etdirir.

Crafts Council və Real to Reel haqqında

Crafts Council Birləşmiş Krallıqda müasir sənətkarlıqla məşğul olan milli inkişaf agentliyidir. "Reallıqdan Ekrana" (Real to Reel) Birləşmiş Krallığın istehsal prosesinə həsr edilmiş ilk festivalıdır. Festival dördüncü ilində sənətkarlıq bacarıqlarının dərinliyi və əhatəsini bütün dünyaya çatdırmaq missiyasına davam edir. Sənədli filmlər, süjetli filmlər və animasiyalar istehsal prosesi, bacarıqlar və materiallara tam fərqli baxış sərgiləyir.

Filmlər

  • Made in London: Chris Keenan | William Scothern
  • Pinocchio | Su Blackwell
  • Hair Highway | Juriaan Booij
  • A Life in Lettterpress: Alan Kitching | Alice Masters
  • Crafting Futures / Mexico | Elena Pardo
  • Made in London: Rachel Scott | William Scothern
  • The Big Cloth | Nick David, Jack Flynn
  • Asoka Patience | Jan Vrhovnik
  • Ceci N'est Pas Un Spectacle | Sam Meech
  • The Craft of Carnival | Nejamin Wachenje
  • Roadliners | Ross Gillespie, Gabrielle Ginns
  • On The Line | Simon and Lorna Mills
  • Freed of London |. Nick David, Jack Flynn
  • The Wilds of 5 Lely Court | Katy Spragg
  • The Reinvention of Normal | Liam Saint-Pierre
  • Annabelle, Barbra, Becky, Alexis, Krystle, Ellen, Oliva, Eve and Kirsten, Nott Stumbling, Sliding, Sinking, Falling or Oblivious | Marloes Ten Bhömer

Əlavə məlumatlar