"British Film Spring" festivalı

Cümə 28 April 2017 - 19:00 - Cümə axşamı 04 May 2017 - 19:00

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilmiş üçüncü "British Film Spring" festivalı yeni Britaniya filmlərinin ən gözəl seçmələrini Azərbaycan izləyicilərinə təqdim edəcəkdir.

Bu il festivalda qadınların çəkdiyi və qadınlara həsr olunan çoxsaylı filmlərin nümayişinə yer veriləcəkdir - sizi bir-birindən maraqlı və fərqli 6 film gözləyir: "Yeniyetmə Həyatının Bacarıqları", "Mən, Deniel Bleyk", "Yan, Yan, Yan", "Daşqın", "Möhtəşəm Həyat" və "Etel və Ernest ".

Festivalın açılış filmi Reyçel Tunnardın “Yaşlı Həyat Vərdişləri” adlı debüt filmidir. Mükafata layiq görülmüş bu film 28 aprel tarixində Nizami Kino Mərkəzinin ən böyük kino zalında nümayiş olunacaqdır. Sözügedən filmin ssenari müəllifi Pol Freyzer Azərbaycanlı ssenaristlərə və kinoprodüserlərə 5 gün ərzində təlim keçmək məqsədilə yenidən ölkəmizdə qonaq olacaqdır.

Bütün filmlər ingilis dilində nümayiş olunur; festivalın açılış filmi hesab olunan “Yeniyetmə Həyatının Bacarıqları” filmi isə Azərbaycan dilində alt-yazılarla izləyicilərə təqdim olunacaqdır.

Festival Nizami Kino Mərkəzində keçiriləcək. Biletlərin qiyməti 2 AZN-dir və biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.

Bütün media nümayəndələri 28 aprel, saat 11:00-da, Nizami Kino Mərkəzində keçiriləcək mətbuat konfransına dəvətlidir.

Biz həmçinin 24-28 aprel tarixlərində, Nizami Kino Mərkəzində Azərbaycan senaristləri üçün 5 günlük təlim təşkil edəcəyik.

Festivalın proqramı və təlim haqqında ətraflı məlumat əldə etmək üçün veb səhifəmizə daxil ola bilərsiniz.