Filmlər haqqında
BAFTA 2020 Qısametrajlı filmlər proqramına 2020-ci ildə seçilmiş qısametrajlı və animasiya filmlərindən ibarət namizədlər daxildir. Proqram ingilis cəmiyyətinin əhatə dairəsini və müxtəlifliyini, dünya səviyyəsində texniki bacarıqlarını üzə çıxaran və bəzi ən yaxşı istedadlı aktyor xüsusiyyətlərini əks etdirən hekayələr təqdim edir. Bu proqram beynəlxalq tamaşaçıları inkişaf etdirmək və İngiltərənin davamlı olaraq dünya səviyyəsində qısametrajlı film istehsalı ənənəsini nümayiş etdirmək üçün mükəmməl topludur.
Azaar
Qəbilə qadınları ərlərinin müharibədən qayıtmasını gözləyir. Kəndin son qızlardan biri olan Azaar qadınlığın əsl qiymətini öyrənməyə gələn zaman anası, nənəsi və digər qəbilə üzvlərinə qarışır.
Qızıl balıq
Böyük qardaşının ölümündən sonra 11 yaşlı Viola öz kədəri ilə mübarizə aparır. Hər şeyi dəyişdirən naməlum bir şəxsdən məktub alana qədər anası və qiymətli qızıl balığından ibarət dünyasına baxışları alt-üstolur.
Kamali
Kamali balıqçı qəsəbəsində skeyt sürən yeganə qızdır. Onun qorxaq anası Suqanti özünü tapmaq üçün ziyarətə gedir. Bu onların ilk ayrılığıdır, onlar kişilərin dünyasında azadlıq tapmalıdırlar.
Tələ
Tənha, özünə qapalı bir qadın aşiq olduqda, bu həssas olduğu qədər incə, hissləri riqqətə gətirən özünükəşf hekayəsində ona aşiq olmamaq mümkün deyildir.
Babam incə ruhlu idi
Babam incə ruhlu idi. Bir dəfə o, nənəmin şəklini gördü və başa düşdü ki, bu onun həyatının sevgisidir. Bir gün qərara gəldiki, onunla görüşsün.
Onun çəkmələrində
Heydinin başına qəribə hadisələr gəlir. Nəvəsi onlarda qonaq olarkən qəfildən Alp dağlarının ən dərin hissələrinə yürüşə çıxır və yürüş ayaqqabılarına sadiq qalmasının səbəbini açıqlayır. Bu, Heydinin öz şəxsiyyətini və azadlığını qorumaq cəhdi haqqında bir hekayədir
Sehrli qayıq
Həyatlarının ən təhlükəli səyahəti zamanı ana və oğul arasındakı münasibətlərə baxış.
Necə izləməli
Bizim platformamızda izləyin.
Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.