Going Global 2017 Konfransı

Bazar ertəsi 08 May 2017 - 00:00

Going Global beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən qlobal liderlər üçün nəzərdə tutulmuş açıq forumdur.

Konfrans hər il dünyanın əsas beynəlxalq şəhərlərində təşkil olunur. Təhsil sahəsində çalışan rəhbər şəxslər üçün nəzərdə tutulmuş bu konfrans beynəlxalq ali təhsil və davamlı təhsil üzrə aktual məsələləri və çətinlikləri, həmçinin, bu məsələlərin birgə əməkdaşlıqda həlli yollarının irəli sürülməsi üçün yaxşı imkandır. Bundan əlavə, tədbir müxtəlif ölkələrdən olan təhsil işçiləri üçün tanışlıq imkanı yaradır və artıq təhsil sahəsində vacib bir tədbirə çevrilmişdir.

Going Global 2017-ci il konfransında universitet və kolleclərin şəhər-region iqtisadiyyatları və ictimai və vətəndaş aktivliyini necə dəstəklədiyini, dünya şəhərlərinin qlobal bilik və qabiliyyətləri ilə əlaqələndirilməsi və qlobal çətinliklərin aradan qaldırılması kimi məsələləri əhatə edəcəkdir.

Going Global 2017-də biz müzakirələr apararkən aşağıdakılar əsas tutulacaq:

  • tədqiqat və innovasiya
  • istedadın inkişafı
  • ictimaiyyət və cəmiyyətlər
  • liderlik

Going Global 2017 konfransı 22-24 May 2017-ci il tarixində Birləşmiş Krallığın London şəhərində, Queen Elizabet II Mərkəzində keçiriləcəkdir.  

Going Global 2017 üçün qeydiyyat başlamışdır.

Konfransa 8 may 2017-ci il tarixinədək qeydiyyatdan keçə bilərsiniz.

Going Global 2017 konfransı, konfransın proqramı və qeydiyyat barədə ətraflı məlumat əldə etmək üçün bu linkə müraciət edə bilərsiniz: http://www.britishcouncil.org/going-global