Date
Cümə 13 Sentyabr 2019 -
09:30 - 14:00

British Council-ın Azərbaycandakı filialı AHA (Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə) proqramı çərçivəsində məzunların məşğulluğunun artırılmasına həsr olunmuş konfrans təşkil edir.

Tədbirin əsas məqsədi uğurlu əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi və sahə üzrə irəliləyişlərə nail olmaq üçün peşə təhsili və biznes müəssisələrinin nümayəndələrini bir araya gətirərək qarşıya qoyulan məsələnin həlli yolunda bilik mübadiləsi və müzakirələrin aparılması üçün imkan yaratmaqdır. Peşə təhsili və biznes müəssisələrini, həmçinin müvafiq qurumların nümayəndələrini Konfransda iştirak etməyə dəvət edirik.

Tədbirdə iştirak etmək üçün 6 sentyabr 2019-cu il tarixindən gec olmayaraq göstərilən linkə daxil olub məlumatlarınızı daxil etməklə qeydiyyatdan keçin. Konfrans 13 sentyabr 2019-cu il tarixində Holiday Inn otelində keçiriləcək.