Email yazma ən vacib universal bacarıqlardan biridir, ancaq bir çox gənc işlərinə peşəkar email yazmağı bilməyərək və ya heç bir təlim almadan başlayırlar. Bu səbəbdən sizin yazının planlaşdırması, təşkili, yazma və redakte etmə bacarıqlarınızı inkişaf etdirmək üçün onlayn kurs tərtib etdik.

Bu kurs zamanı,  siz daha oxunaqlı və daha yaxşı anlaşılan email yazma yollarını öyrənəcəksiniz. Bu kursun sonunda siz aşağıdakıları öyrənəcəksiniz:

  • yazının planlaşdırması və təşkili üsullarını tətbiq etmə
  • emailləri müxtəlif auditoriyalara və vəziyyətlərə uyğunlaşdırma və qiymətləndirmə
  • emailinizi aydın, qısa və asanlıqla anlaşılan etmə.

Bu kurs bütün çalışan peşəkarlar, xüsusilə karyeralarının ilk beş illərində olan gənclər üçün uyğundur. 

Kursun qiyməti 42 GBP-dir və buna kursun mövcud olduğu müddət ərzində limitsiz çıxış daxildir (bu o deməkdir ki, materiallara istədiyiniz zaman çıxışınız olacaq), həmçinin iş vəya universitet müraciətinizdə sizi fərqləndirəcək dijital sertifikat əldə edəcəksiniz.

Daha Yaxşı Email Yazma' kursunda iştirak etmə vaxtlarını özünüzə uyğun tənzimləyə bilərsiniz. Kurs üç həftə müddətində, həftədə cəmi dörd saatınızı alacaq. Kursun son bitmə tarixinədək qeydiyyatdan keçə bilərsiniz.