Word on the Street

İngilis dilini öyrənib bu dildə ingilislər kimi danışmaq istərdinizmi? Dili öyrənmənin ən rahat yolu dil daşıyıcılarının danışığını dinləmək və onlarla danışmaqdır. British Council və Ictimai kanal evinizi tərk etmədən və heç bir ödəniş etmədən sizə belə bir şəraitdən istifadə etmə imkanı yaradır. Dinləyin, öyrənin, inkişaf edin!

“Word on the Street” ingilis dilinin öyrənilməsi üçün BBCBritish Council tərəfindən tərtib olunmuş programdır.

Word on the Street gündəlik həyatda istifadə olunan ingilis dili nümunələrindən və Britaniya mədəniyyətini  nümayiş etdirən qısa verilişlərdən ibarətdir. Hər yarım saatlıq epizod Birləşmiş Krallığın müxtəlif yerlərində çəkilib və ingilis dili bacarığınızı artırmaq üçün drama, müsahibə və məlumatlardan ibarətdir.

Verilişin yayımlanma günü və tarixi haqqında əlavə məlumat əldə etmək üçün İTV-nin proqramına nəzər yetirin.