Uğur üçün Tədris

British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyi dövlət məktəblərində ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş “Uğur üçün tədris” layihəsini həyata keçirir.  Bu layihə 2017-ci ildən başlayaraq ümumilikdə 1 (bir) il müddətində davam edəcək. Layihənin Bakı şəhərinin 54 orta təhsil məktəbindən seçilmiş, ingilis dilinin tədrisi ilə məşğul olan 600 müəllimə keçirilməsi nəzərdə tutulur. Layihə aşağıdakı istiqamətləri əhatə edəcək:

  • Müəllimllərin ingilis dili qabiliyyətləri qiymətləndirilir və təkmilləşdirilir.
  • Müəllimlərin tədrisetmə və danışıq qabiliyyətlərinin qiymətləndirilməsi üzrə pedaqoji bilik və bacarıqları artırılır.
  • İxtisasartırma təlimləri müəllimlərin ehtiyaclarına və kurikulumun tələblərinə uyğunlaşdırılır.
  • Məktəbəsaslı peşəkar təlim və onun vacibliyi təbliğ edilir.
  • Şagirdlərin öyrənmə səviyyəsi, xüsusilə də danışıq qabiliyyətlərinin inkişafı qiymətləndirilir.

 Təlimlər British Council-ın peşəkar təlimçiləri tərəfindən həyata keçirilir.