Biz Azərbaycan müəllimi qəzeti ilə 5 ildən çoxdur ki əməkdaşlıq edirik. LE Print qəzet və jurnallarda bir səhifəlik əlavələr kimi istifadə edilə bilinəcək çalışmalar ilə müşayiət olunmuş yüksək keyfiyyətli məqalələr seriyasıdır. Onlar  Afrikada,  Asiyada, və Avropada 50-dən çox ölkədə 200-dən çox müxtəlif milli və regional qəzet və jurnallarda istifadə olunur. 

Hazırda 43 müxtəlif məqalə seriyası mövcuddur, bir çoxu isə təkmilləşdirilməkdədir. 

GREAT seriyası Britaniya hökümətinin Böyük Britaniyanı bütün dünyada təbliğ etmək məqsədi daşıyan GREAT kampaniyasının 12 mövzusunun hər birini əhatə edir. Hər mövzu üçün 3 fərqli səviyyədə və fərqli formatda materiallar mövcuddur. Mövzular müxtəlif şəkillərlə və dil çalışmaları ilə zəngindir. Hazırki materiallar A2 səviyyəsi üçündür və Azərbaycanın bütün məktəblərində müəllimlər və şagirdlər tərəfindən istifadə olunur. A2 səviyyəni bitirdikdən sonra digər səviyyələri də nəşr edəcəyik. 

Qəzetin baş redaktorunun şərhi: "5 ildən çoxdur ki, British COUNCİl təşkilatı "Azərbaycan müəllimi" qəzetinə təmənnasız olaraq, ingilis dilini öyrənənlər üçün dərs nümunələri göndərir. Bu nümunələr qəzetimizin demək olar ki, hər nömrəsində oxuculara təqdim olunub. Təhsil işçiləri, müəllim, şagird və tələbələr bu layihəni yüksək qiymətləndirirlər. Çoxlu sayda insanlar ingilis dilini öyrənmək üçün qəzetimiz vasitəsi ilə bu layihədən faydalanırlar. Hətta, redaksiyamızda bəzən yazıların çox olması səbəbindən az-az hallarda bu dərs nümunələrini verə bilmirik. Bu zaman redaksiyamıza çoxlu sayda insan zəng edərək bizdən narazı qaldıqlarını bildirirlər. Hər ilin avqust-sentiyabr aylarında yeni dərs ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyinin bir çox rəhbər işçiləri təhsillə bağlı toplantılar keçirir, müəllimlərlə görüşürlər. Bu rəhbər işçilər hər dəfə də həmin toplantılarda Sizin dərs nümunələrinizdən çox razı qaldıqlarını bildirirlər."