English Clubs teaching
Ingilis Dili Mərkəzləri - Qabaqcıl cəmiyyət naminə mükəmməl bacarıqlar.

İngilis dili mərkəzləri gənclərin gələcəkdə daha yaxşı məşğulluq imkanlarına sahib olması və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş bir layihədir. Bu mərkəzlər eyni zamanda cəmiyyətdə anlaşma, tolerantlıq, qarşılıqlı yardım, dialoq və bərabərliyi inkişaf etdirməklə, gənclər üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır.  

2018-19-cu illərdə Azərbaycanda Füzuli rayon 50 saylı məktəbdə və Ə. Q. İsaxanov adına Quşçu kənd orta məktəbində iki yeni İngilis dili mərkəzi yaradılacaq. Hər iki mərkəz məcburi köçkün ailələrindən olan uşaqların təhsil aldıği məktəblərdə yerləşir. Bu zamana qədər British Council on İngilis dili mərkəzi və müəllimlər üçün təlim-resurs mərkəzi açıb.

İngilis dili mərkəzləri Birləşmiş Krallıq tərəfindən maliyyələşdirilir. British Council layihənin həyata keçirilməsi, eyni zamanda Azərbaycanın bir sıra bölgələrində təhsil inkişafı dəstəklənməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə tərəfdaşlıq edir.

Layihənin məqsədləri

GƏNCLƏR ÜÇÜN

  • Gənclərin fərdi inkişafını dəstəkləmək və daha yaxşı karyera imkanları əldə etmələrinə kömək göstərmək məqsədilə onları lazimi İngilis dili bacarıqları ilə təmin etmək.
  • Gənclərdə özünə inam artırmaqla, onlar üçün yeni perspektivlər təklif etmək.
  • Müzakirə, danışıq və dialoq kimi ünsiyyət bacarıqlar vasitəsilə anlaşma, tolerantlıq, qarşılıqlı yardım və bərabərlik kimi dəyərləri aşılamaq. 

MÜƏLLİMLƏR ÜÇÜN

  • Birləşmiş Krallığın təcrübə və resurslarından istifadə edərək, yüzlərlə İngilis dili müəllimində özünə əminlik, İngilis dilində sərbəst ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq.
  • Müəllimlərin yeni ideyalarını, təlim və tədris təcrübələrini, eləcə də peşəkar inkişafla bağlı ehtiyaclarını müzakirə etmək üçün platforma təmin etmək məqsədilə Müəllimlərin Fəaliyyət Qruplarını (TAGS) yaratmaq.
  • Müəllimlərin fərdi inkişafını təkan verməklə cəmiyyətə müsbət dəyişikliklər gətirən fəallara çevrilməsinə kömək etmək.

2018/19-cu illərdə yaradılacaq İngilis dili mərkəzləri

  • Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, məcburi köçkünlər məhəlləsi 
  • Buzovna qəsəbəsi, Eyvaz Heydərov 28

2018/19-cu illərdə İngilis dili mərkəzlərdə təşkil olunacaq

  • Tələbələr üçün məşğələlər (danışıq klubları, İngilis dili bacarıq dərsləri, seminarlar, dialoq və debat qrupları, oxu qrupları, maraq qrupları) 
  • Müəllimlərin peşəkar inkişafını və metodoloji bacarıqlarını dəstəkləyən təlimlər.
  • Azərbaycanda ilk dəfə olaraq Müəllimlərin Fəaliyyət Qruplarının yaradılması.

Azərbaycanda İngilis dili mərkəzləri:

500-ə qədər tələbə30 müəllim İngilis dili klublarının mərkəzlərin nəznində təşkil olunan təlimlərdə iştirak etmək şansı əldə edəcək. İngilis dili mərkəzləri təlim və tədris resursları ilə təchiz olunacaq və tələbələr iki mövzu üzrə öz bilikləri inkişaf etdirəcəklər:

  • Ünsiyyət üçün ingilis dili: şifahi ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyan intensiv İngilis dili proqramı
  • Müzakirə, danışıq və dialoq

Müəllimlər tələbələrin İngilis dili dərslərini daha maraqlı etmək üçün yenilikçi metodlarla və resurslarla təmin ediləcəklər.

British Council İngilis dili mərkəzlərini təlim üçün nəzərdə tutulmuş resurslarla - planşetlər, İngilis dili dərs vəsaitləri və onlayn tədris resursları ilə təmin edir.

Layihənin davametmə müddəti:

İngilis dili mərkəzləri layihəsi üzrəməşğələlər 1 dekabr tarixi ilə 31 mart tarixi arasında keçiriləcək.