The second English Language Olympiad for Academic Purposes

British Council və ADA Universiteti Təhsildə İnnovativ Texnologiyalar təlim mərkəzi, Oxbridge Academy, Bakı Şəhər Təhsil İdarəsi, Təhsil Nazirliyi və “Fokus” tələbə klubunun tərəfdaşlığı ilə “Akademik Məqsədlər üçün II Ingilis Dili Olimpiadası” keçirib.

Olimpiadanın birinci mərhələsi 19 fevral tarixində ADA Universitetinin tərəfdaş məktəbi olan 132-134 saylı təhsil kompleksində baş tutmuşdur. İmtahan materiallarının British Council tərəfindan təqdim olunduğu olimpiadada Bakı şəhəri üzrə 236 məktəbdən 1132 şagird iştirak etmiş və ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 sualı yazılı şəkildə cavablandırıb.

İmtahan nəticələrininə uyğun olaraq qaliblər mükafatlandırılıb. Olimpiadada birinci yerin sahibi British Council-dan Biləşmiş Krallıqda dünya üzrə 500 mərkəzə sahib dünyanın aparıcı Berlitz dil təlim qrupunun üzvü Berlitz Mançestr məktəbində 2 həftəlik ingilis dili kursu və ADA Universitetində ingilis dili üzrə yay məktəbində ödənişsiz iştirak etmək imkanı qazanıb. İkinci yerin sahibi Təhsildə İnnovativ Texnologiyalar təlim mərkəzindən noutbuk və ADA Universitetində ingilis dili üzrə yay məktəbinin təhsil haqqına 75% endirim, üçüncü yerin sahibi isə Təhsildə İnnovativ Texnologiyalar təlim mərkəzindən planşet və ADA Universitetində ingilis dili üzrə yay məktəbinin təhsil haqqına 50% endirim əldə edib. Bunlarla yanaşı, ilk on yerin sahibi digər həvəsləndirici mükafatlar ilə təltif ediliblər. 

Olimpiadanın birinci mərhələsini uğurla keçən şagirdlər mart ayının 12-də, ADA Universitetində ikinci mərhələyə qatılıblar. Əvvəlkindən fərqli olaraq, bu dəfəki imtahanda şagirdlərin yazı və dinləmə qabiliyyətləri test edilib.